Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
  • Bayden Trampı hərbi çevrilişlə hədələdi
  • Siyasi rəqibi Trampı axmaq adlandırdı - "...Yalançı kişilik göstərməməlidir"
  • Respublikaçı senator: “Bayden qanımızı tökməyə davam edəcək”
  • Co Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacağam” - VİDEO
  • “ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR”- “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?..”

    • Tarix: 25-01-2021, 08:49



    Son 4 ildə ABŞ-a rəhbərlik edən və ənənəvi siyasətdən fərqli xətt yürüdən Donald Trampı demokrat Con Bayden əvəz etdi. İndi bütün dünya ölkələrinin gözü Vaşinqtona dikilib. Yeni ABŞ hökumətinin Çin, Rusiya, İran və Türkiyə ilə münasibətlərdə hansı xətt tutacağını, xüsusilə Rusiyaya qarşı necə davranacağı ciddi maraq mövzusudur. Həmçinin, müharibədən yeni çıxan Azərbaycan üçün Bayden administrasiyasının regionda hansı siyasət aparacağı da xüsusi əhəmiyyət kəsb edir.
    Azpolitika bu mövzu ətrafında politoloq Zərdüşt Əlizadə ilə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

    - Zərdüşt bəy, ABŞ-da hakimiyyətə Demokratlar Partiyası gəldi və azı dörd il ölkəni Co Bayden idarə edəcək. Sizcə, bu illərdə ABŞ siyasətində hansı dəyişiklikləri müşahidə edəcəyik?

    - Əvvəla, ABŞ heç vaxt əvvəlki vəziyyətə qayıda bilməyəcək. Çünki ABŞ-da son 20-30 ildə ciddi dəyişikliklər baş verib. Söhbət ABŞ-ın iqtisadiyyatından, maliyyə sistemindən, əhalisinin tərkibindən, ideologiyasından, dünyadakı yerindən və digər məsələlərdən gedir. Bu dəyişikliklər ona gətirdi ki, 2016-cı ildə Donald Tramp prezident seçildi.
    Tramp istədi ki, ABŞ-ın ənənəvi siyasətini kəskin şəkildə dəyişsin. İlk növbədə iqtisadi və xarici siyasət istiqamətini. Bu da ABŞ-ı uzun illər idarə edən hakim zümrəni qane etmədi, onun maraqlarına uyğun olmadı. Bu səbəbdən də hakim zümrə səfərbərlik elan edərək öz namizədini irəli sürdü.

    İndi doğru və ya əyri yolla olmasından asılı olmayaraq, Trampı aşırdılar və yerinə Bayden gətirildi. Hazırda Bayden prezidentdir, ancaq Trampın 70 milyondan çox pərəstişkarı, tərəfdarı var. Tramp yeganə prezident idi ki, son ana qədər seçkilərin nəticələrini tanımadı. Elan etdi ki, seçki saxtalaşdırılıb, onun nəticələrini tanımır və qalib özüdür. Belə bir mövqe ABŞ cəmiyyətini demokratiyanın aliliyinə, öz seçki sisteminin ədalətliliyi və şəffaflığına münasibətdə parçaladı.

    Digər tərəfdən, Donald Trampın bu mövqeyi Demokratlar Partiyasını əsla qane etmədi. Bu səbəbdən də təzyiqə əl atdılar ki, bu da əks-təzyiq doğurdu. Nəticə olaraq 6 yanvar hadisələri ortaya çıxdı.

    Bir sözlə, Amerika artıq əvvəlki Amerika deyil. İndi gələn demokratlar artıq Trampın bəzi qərarlarını ləğv edir, Paris iqlim anlaşmasına qayıdırlar, Ümumdünya Səhiyyə Təşkilatına dönürlər və s. Ehtimal etmək olar ki, bir müddətdən sonra danışıqlar vasitəsilə İranla da nüvə razılaşması barədə müqaviləni hansısa formada bərpa etsinlər. Bunların hamısı Obama dövrünün şərtlərinə qayıtmaq deməkdirmi? Buna cavab vermək çətindir.

    - Niyə çətindir?

    - Birincisi, ABŞ-ın borcu 20 trilyon dolları keçib. Pandemiya şəraiti var, bütün dünya iqtisadiyyatı, Çin istisna olmaqla, çöküb. O cümlədən də ABŞ iqtisadiyyatı. Belə bir şəraitdə ənənəvi siyasət aparmaq çətindir. Bayden hökumətinin başı azı bir il ölkə daxilində qayda-qanun yaratmağa, komandanı qurub başa çatdırmağa qarışacaq. Hələ bilinmir ki, Tramp hansı addımları atacaq. Bəlkə üçüncü partiyanın yarandığını elan etdi.

    - Tramp daha çox Çini hədəf almışdı. Sizcə, Bayden dövründə əsas hədəf hansı ölkə olacaq?

    - Əlbəttə, bu sırada ilk olaraq Rusiya və Çinin adı çəkilir. Amma şəksiz əsas rəqib Çindir. Rusiyanı deyirlər, amma həm də bilirlər ki, Rusiya ciddi rəqib deyil. Əsas iqtisadi və hərbi baxımdan güclənən qüvvə Çindir. ABŞ Çini əsas rəqib sayır. Ancaq Çinə nə edə bilərlər? Çinin bir milyarddan artıq əhalisi var, nüvə silahı var, kosmosa uçur, peykləri, sualtı qayıqları var.
    Üstəlik, Çinin xarici siyasəti elədir ki, rəqiblərinə nəinki səbəb, hətta bəhanə belə vermir. Əksinə, Çin maraqlıdır ki, qloballaşma davam etsin. Çünki bu şəraitdə Çin iqtisadiyyatı özü üçün bazarlar tapır, genişlənir, yeni texnologiyalara sahib olur. Çin tərəf müqabilləri, ticarət tərəfdaşları axtarır. Nəhəng pullara sahibdir. İki trilyona yaxın pulu var. Bunu da yatırım kimi Afrikaya, Latın Amerikası ölkələrinə, hətta ABŞ-ın özünə qoyub. Həmçinin, Belarus və Ukraynaya. Açıq da elan edir ki, biz sülh şəraitində əməkdaşlıq etməliyik. Öz mənafelərinin də tapdalanmasına imkan verməz.



    - Sizcə, ABŞ-Rusiya münasibətləri bundan sonra necə qurulacaq, bu münasibətlərdə anlaşma, yoxsa qarşıdurma görəcəyik?

    - Rusiya dünyanın yeddidə biridir və onu tanımamaq mümkün deyil. Əvvəl-axır ortaq məxrəcə gələcəklər. Mən xatırlayıram, yaşım 40-ı keçirdi və səksəkə içində yaşayırdım. Qorxurdum ki, nüvə müharibəsi ola bilər. Keçmiş hərbçi kimi də yaxşı anlayırdım ki, nüvə müharibəsi bəşəriyyətin məhvi deməkdir.
    Onda Reyqan SSRİ-ni “şər imperiyası” adlandırırdı. Burada da bizim başı boş Siyasi Büronun üzvlərinin yaşı səksənə yaxın idi və geri çəkilmək istəmirdilər. Vəziyyət o həddə çatmışdı ki, ciddi mütəxəssislər nüvə müharibəsinin labudlüyündən danışırdı. Amma şükürlər olsun ki, ortaq məxrəc tapıldı, SSRİ hakim zümrəsi tədricən sıradan çıxdı, Qorbaçov gəldi və başladı yeni ideyalardan bəhs etməyə. Beləcə hərbi gərginlik və qarşıdurma azalmağa başladı.

    - İndidəmi belə olacaq?...

    - Baxmayaraq ki, Rusiya iqtisadi cəhətdən xeyli zəifləyib, daxilən qeyri-sabitdir, səmərəsiz hakim zümrəsi var, amma hakimiyyətdə olanlar da bunlardır, başqası yoxdur. Onlar Rusiya nüvə sisteminə nəzarət edir. Bu silah yer üzündəki həyatı 10 dəfə məhv etmək qüdrətinə malikdir.

    Normalda bəşəriyyətin bir dəfə məhv olması kifayətdir. Amma Rusiya da, ABŞ da bunu 10 dəfə edə bilər. Məsələ bundadır. Belə qarşılıqlı təhlükə onları vadar edir ki, anlaşmağa çalışsınlar. Ümid edirəm elə bir dəli tapılmayacaq ki, yer üzündəki həyatı məhv etsin. Rusiya və ABŞ anlaşmalı olacaq, ortaq məxrəc tapmaq mümkündür.

    - Azərbaycan cəmiyyətini həm də ABŞ-Türkiyə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi maraqlandırır. Tramp dövründə bu münasibətlər kifayət qədər gərgin idi. Sizcə, Bayden Amerikası Türkiyə ilə münasibətdə hansı yolu seçəcək?

    - Baydenin dövlət katibi postuna namizədi Entoni Blinken dedi ki, Türkiyə ilə müttəfiqik, amma özünü rəqib kimi aparır. Bu o deməkdir ki, Türkiyə ilə müttəfiqik, amma sözümüzə baxmır. Axı niyə sənin sözünə baxmalıdır? Sən ideal siyasət yürüdürsən? Xarici siyasətində nöqsanlar, kobud xətalar göz qarşısındadır.
    Türkiyə böyük, qədim, öz ənənəsi və maraqları olan dövlətdir. Səninlə müttəfiqdir, sən də ona hörmətlə yanaş, maraqlarını nəzərə al. Bu halda Türkiyə də sənə sadiq olsun. Türkiyə ABŞ-la razılaşmanın şərtlərini irəli sürür. Deyir ki, gəlin birgə komissiya yaradaq və aydınlaşdıraq, görək “S-400” kompleksi NATO sistemi üçün hansı təhlükə yaradır.
    Yeri gəlmişkən, mən özüm Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət etmişəm, baş qərargahda zabit olmuşam. Hava Hücumundan Müdafiə Qüvvələrinin raketləri hər hansı dövləti və dövlətlər birliyi üçün potensial təhlükə ola bilməz, çünki bu, sırf müdafiə silahıdır.

    Ehtimal edirəm ki, Vaşinqton Türkiyə ilə dil tapmağa çalışacaq və buna məcburdur. Türkiyə böyük dövlətdir, nüfuzu və hərbi gücü var. Üstəlik, mədəni, dini, əxlaqi, bəşəri potensialı olan ölkədir. Həmçinin, NATO-nun Rusiya ilə üz-üzə duran xəttinin cənub cinahında ən güclü oyunçu Türkiyədir. NATO Türkiyəsiz heç nə edə bilməz. Bunu da hamı anlayır. Fransa-Türkiyə qarşıdurmasında kim geri çəkildi? Fransa. Niyə? Çünki Türkiyə güclüdür. Fransanın atom bombasına kimdir baxan...
    Bütün hallarda Türkiyə Fransadan güclüdür. Bu mənada əminəm ki, ABŞ Türkiyə ilə ortaq məxrəcə gələcək. Yalnız ermənilər yatıb yuxularında görürlər ki, ABŞ Türkiyəyə düşmən olacaq. Belə bir məsələ yoxdur. ABŞ-da NATO-nun ən qüdrətli ikinci ordusu olan Türkiyənin əhəmiyyətini çox gözəl anlayırlar.



    - Yeri gəlmişkən, ermənilər prezident Baydenin Türkiyə və Azərbaycana münasibətdə sərt xətt tutacağına, Ermənistana isə dəstək verəcəyinə ümid edirlər...

    - Bilirsinizmi, ömür boyu öz taleyini böyük ağaların istəyinə bağlı quran xalqın siyasətçiləri hər zaman düşünür ki, görəsən ağa hansı addımı atacaq, bəlkə ağanın masasından bir qırıntı da bizə atdılar. Siz oturub köklü maraqlarınız haqqında düşünün. Köklü maraqlarınız da sizdən tələb edir ki, qonşularınızla mehriban münasibətlər qurasınız. Amma siz qarşınıza çata bilməyəcəyiniz məqsədlər qoyanda, böyük dövlətlərdən asılı olmağa başlayırsınız və onların şıltaqlığından asılı qalırsınız.
    Ermənilərin Baydenlə bağlı ümidləri mənasızdır. Çünki nəzəri baxımdan yanlış xarici siyasət aparırlar. Onların milli ideologiyası çox yanlış və uğursuzdur.
    Məncə, onların milli ideologiyası elə olmalıdır ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranla dost olsunlar. Siz Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürsünüz, Azərbaycan ərazilərini işğal etmisiniz, viran qoymusunuz.
    Üstəlik də deyirsiniz ki, Azərbaycan niyə bizə münasibətdə pisdir? Azərbaycan gəlib sənə medal verməlidir ki, ərazilərimin böyük hissəsini viran qoymusan? Bu adamların beyinləri işləmir, məntiqləri yoxdur. Bu xalqın içində məntiqli, düzgün düşünən insanlar var, amma çox azdır. Təəssüflər olsun.

    - Son hadisələr belə təəssürat yaradır ki, ən ağıllıları elə Paşinyandır...

    - Yox, Paşinyanın ağlı olsaydı bu vəziyyətə düşməzdi. Məncə, ağıllıları Georgi Vanyandır.

    - İran məsələsinə qayıdaq. Düşünürsünüz ki, Bayden hökuməti Trampın İran siyasətindən imtina edərək Barak Obama siyasətinə qayıdacaq?

    - Fikrimcə, İranla anlaşma əldə ediləcək. Tramp İrana bata bilmədi. İran güclü dövlətdir, ağıllı xarici siyasəti var və bəhanə vermir ki, ona qarşı təcavüz başlasın. 1979-cu ildən bu yana islam inqilabı öz mövqeyini saxlaya bilib. SSRİ 70 il dözdü, sonra başladı dağılmağa. İran inqilabı 42 ildir dözür və əminəm ki, hələ davam edəcək.
    Düşünürəm ki, Bayden hakimiyyətindən İrana dəhşətli təhlükə yoxdur. Hər halda ehtimal edirəm ki, kompromislər əsasında danışıqlar ola bilər.

    - Bayden administrasiyasının Azərbaycana münasibəti necə olacaq, bu istiqamətdə düşüncələriniz nədən ibarətdir?

    - Biz özümüz haqda müştəbeh olmayaq. Kiçik dövlətik, ərazimiz balacadır.

    - Hər halda söhbət yeni ABŞ hökumətinin Cənubi Qafqaz siyasətindən gedir...

    - Azərbaycan hakimiyyəti böyük dövlətlərlə bağlı düzgün xarici siyasət qura bilib. Son müharibə də bunu göstərdi, parlaq şəkildə nümayiş etdirdi ki, Azərbaycanın dünyanın böyük dövlətləri ilə qurduğu siyasət düzgün siyasətdir.
    Fikrimcə, bu siyasət də kəskin dəyişməyəcək. ABŞ adətən bizi qınayırdı ki, sizdə qanunun aliliyi, demokratiya yoxdur, qanunlar işləmir. Amma indi özü dünyanın gözü qarşısında qüsurlar nümayiş etdirdi. Bundan sonra belə məsələləri dilinə gətirməyəcək.

    - Sizin yanaşmanızdan belə çıxır ki, prezident Co Bayden dövründə biz sakit dövrün şahidi olacağıq?

    - Yox, Bayden çalışacaq ki, nələrisə dəyişsin, Trampın irsini təftiş etsin. Amma düşünmürəm ki, hansısa sarsıntılar, kəskin hücumlar və əks-hücumlar olacaq. Fərz edək ki, Rusiyada Putini sevməyən adamlar yazırlar ki, Bayden gəldi, Putinin qulağından tutub başını masaya çırpacaq. Bu olmayacaq axı...
    ABŞ-ın nəyinə lazımdır ki, Rusiya ilə münasibətləri korlasın? Onsuz da münasibətləri az qala donma həddinə çatdırıblar. Amma Bayden çalışacaq ki, münasibətləri normallaşdırsın. ABŞ-ın milli marağı da tələb edir ki, özünə süni şəkildə düşmən düzəltməsin. ABŞ-da demokratiya kifayət qədər müdrikdir.
    Məsələn, Çinlə rəqabət təbii yaranıb. Çin güclü dövlətdir. Rusiyanın nəyi ilə rəqabət aparasan, dünya iqtisadiyyatı sıralamasında 11-ci yerdədir. Vaxtilə dünya iqtisadiyyatının 18 faizi olan Rusiya indi 1 faizindən bir qədər çoxdur. Yəni 17 dəfə aşağı düşüb. Onun nəyi ilə rəqabət aparacaqsan? Odur ki, ABŞ siyasətdə sərgüzəşt axtarmayacaq.

    - Bəs Tramp dövründə Avropa Birliyi və NATO ilə zədələnən münasibətləri Bayden hökuməti necə quracaq?

    - Məncə, indi Avropa çox sevinir ki, Bayden hakimiyyətə gəlib və ümid edir ki, münasibətlər təbii dostluq, anlaşma məcrasına qayıdacaq. Ənənəvi müttəfiqlik münasibətləri davam edəcək, heç bir problem olmayacaq. ABŞ qərb dünyasının şəksiz lideri, hamisi, ən güclü dövlətidir. Hamı da onun liderliyini şəksiz qəbul edir.

    Rasim Əliyev

    Oxunub: 314
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.