Gürcüstanda ötən gün 742 nəfər koronavirusa yoluxub -
12 pasiyent vəfat edib
Gürcüstanda ötən sutkada koronavirusa 742 yeni yoluxma halı təsdiqlənib, 1 081 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent isə vəfat edib.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 255 564 nəfər təşkil edir. Onların 245 527-si sağalıb, 3 108-i isə ölüb.
Hazırda karantin rejimində 497, stasionar nəzarətdə 2 842 nəfər var. Xəstəliyi yüngül formada keçirən 347 nəfər xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: