29 milyon ABŞ dolları dəyəri olan qiymətli daş oğurlandı
Yaponiyanın paytaxtı Tokioda üç milyard yen (təxminən 29 milyon dollar) dəyərində yaqut oğurlanıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Hadisə qiymətli daşın satılması ilə bağlı danışıqlar zamanı baş verib. Hazırda polis qiymətli daşı oğurlayaraq hadisə yerindən uzaqlaşan iki nəfərin axtarışlarına başlayıb.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: