Bayden Putinlə söhbəti barədə sualı zarafatla cavablandırdı:
"Sizin barənizdə danışdıq..."
ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı Rusiya lideri Vladimir Putinlə söhbəti barədə sualı cavablandırarkən zarafat edib.
Bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Mətbuat konfransı başa çatan zaman jurnalistlərdən biri ABŞ liderinə Vladimir Putinlə söhbətinin məzmunu barədə sual ünvanlayıb. C.Bayden isə cavabında bildirib:
“Sizin barənizdə danışdıq. Ən xoş arzularını çatdırdı”.
Oxunub: 387
Xəbəri paylaş
Paylaş: