Gürcüstanda koronavirusa 723 yeni yoluxma qeydə alınıb -
19 nəfər ölüb
Gürcüstanda son sutkada daha 723 nəfərə koronavirus diaqnozu qoyulub, 932 nəfər sağalıb, 19 pasiyent isə vəfat edib.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 256 287 yoluxma halı təsdiqlənib. Yoluxanların 246 459-u sağalıb, 3 127-si isə dünyasını dəyişib.
Karantin zonalarında 538, stasionar nəzarətdə 2 770 nəfər saxlanılır. 346 nəfər xüsusi otellərdə müalicə olunur.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: