BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib:
araşdırma aparılır
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.
Report-un xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.
Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: