ABŞ Rusiyanın Pantsir-S1 raket kompleksini ələ keçirib
ABŞ 2020-ci ilin iyulunda Liviyada Pantsir S1 zenit raket komplekslərini ələ keçirib.
Bu məlumatı “Tayms” nəşri yayıb. Məlumata görə, kompleks Liviyadan ABŞ-ın Almaniyadakı bazasına (Ramştayn) gətirilib. Kompleksin ələ keçirilməsi ilə bağlı əməliyyat onun silah qaçaqmalçılarının əlinə keçməsi təhdidi ilə əlaqədar olub.
Qəzet bu kompleksin Xəlifə Haftar ordusuna BƏƏ vasitəsilə verildiyini bildirib. BƏƏ isə onu Rusiyadan alıb.
Kompleksin ABŞ tərəfindən öyrəniləcəyi bildirilib./axar.az
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: