Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublar
Braziliyada eyni vaxtda yeni koronavirusun iki növünə yoluxma qeydə alınıb.
Bu barədə “Reuters” xəbər yayır.
Hər iki yoluxma halına ölkənin cənub hissəsində rast gəlinib. Xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib.
Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib.
Oxunub: 357
Xəbəri paylaş
Paylaş: