Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu
ABŞ Nümayəndələr Palatasının üzvü Stiven Linç COVID-19-la bağlı peyvənd olmasına baxmayaraq koronavirusa yoluxub.
Bu barədə CBS xəbər verib.
Konqresmenin mətbuat katibi Molly Rose Tarpinin sözlərinə görə, Linçə Pfizer / BioNTech peyvəndi vurulub.
Bildirilir ki, konqresmen ABŞ Prezidenti Co Baydenin 20 yanvarda keçirilən andiçmə mərasimindən əvvəl ikinci doz peyvənd alıb.
Tarpi peyvənddən sonra siyasətçidə COVID-19 əlamətlərinin olmadığını, özünü yaxşı hiss etdiyini söyləyib. Lakin sonradan virusla bağlı verdiyi testə müsbət cavab gəlib.
Linçin karantinə alınacağı və uzaqdan işləyəcəyi bildirilib.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: