Rusiyada son sutkada 18 mindən çox yoluxma qeydə alınıb - 485 nəfər ölüb
Rusiyada son bir gündə daha 18 359 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 485 nəfər artaraq 73 182-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 300 004 nəfər sağalıb.
Oxunub: 438
Xəbəri paylaş
Paylaş: