Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı
Report-un məlumatına görə, artıq bir neçə poliklinikada peyvənd olunmaq üçün müraciətlər var.
2 nömrəli Şəhər Poliklinikasından “Report”a bildirilib ki, səhər saatlarından başlayaraq vaksinasiya start verilib: “Artıq 5 nəfər sakin vaksin olunmaq üçün müraciət edib və onlara peyvənd vurulub. Vəziyyətləri yaxşıdır”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; 65 yaşdan yuxarı şəxslər;
-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;