Ötən il rekord sayda erməni Rusiya vətəndaşlığını qəbul edib -
30,5 min nəfər
Ötən il 656,3 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bu, əsrin əvvəlindən bəri qeydə alınan rekord rəqəmdir.
Bunu Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasını araşdıran “FınExpertiza” auditor-konsaltinq şəbəkəsindən bildiriblər.
Qeyd edək ki, öncəki rekord 2005-ci ildə qeydə alınmışdı. Həmin il 500 min nəfər Rusiya vətəndaşlığını qəbul etmişdi.