Gürcüstan parlamenti 51 deputatla bağlı qərar qəbul etdi
Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı məsələni dəstəkləməyib.
Report-un yerli bürosu xəbər verir ki, hər bir deputatla bağlı məsələyə ayrıca baxılıb və onların heç biri ilə bağlı müsbət qərar qəbul olunmayıb.
Beləliklə, müxalifət formal olaraq qanunverici orqanda qalır.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentində 150 deputatın əvəzinə 96 deputat təmsil olunur. Müxalifətə məxsus 60 kürsünün yalnız 6-sı tutulub.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: