"Qaçılmaz olsa, zərbə endirəcəyik" -
İsrail İranla bağlı hədəfini xatırladıb
Qaçılmaz olacağı təqdirdə, İsrail İranın nüvə layihəsinə qarşı tədbir görmək imkanlarını açıq saxlayır. Bu barədə yəhudi dövlətinin Müdafiə naziri Beni Hants bəyan edib («The Times of Israel»).
«İsrailin dəqiq hədəfi var - İran nüvə silahına malik olmamalıdır. Bu, nəinki yalnız İsrailin marağındadır, ilk növbədə, qlobal və bölgəsel maraqdır. Qaçılmaz olacağı təqdirdə, İsrailin müdafiə ordusu İranın nüvə layihəsinə qarşı tədbirlər görülməsi variantına sadiq qalır» - deyə, nazir ötən bazar günü Misir telekanalına müsahibəsində bildirib və əlavə edib ki, vəziyyətin bu həddə çatmayacağına ümid edir.
İsrail iki dəfə öz düşmənlərinin - 1981-ci ildə İraqın və 2007-i ildə Suriyanın nüvə proqramına aviazərbə endirib - necə deyərlər, «Begin doktrinası»na (İsrailin keçmiş Baş naziri Menahem Beginin şərəfinə adlandırılıb) uyğun olaraq.
İran İslam Respublikası (İİR) silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi isə yanarın 27-də xəbərdarlıq edib ki, İsrailin hücum edəcəyi təqdirdə, İran Təl-Əvivi və Hayfanı yerlə bir edəcək.
Globall.az