Xüsusi reyslərlə Azərbaycana kimlərin gəlməsinə icazə verilir?- SİYAHI
“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, buraxılan şəxslərin siyahısı açıqlanıb.
Tukustan AZAL-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
– Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Xatırladaq ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Məlumata görə, uçuşlar həftədə iki dəfə – həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalıdır.
Oxunub: 448
Xəbəri paylaş
Paylaş: