"Pekin-2022":
Olimpiya məşəlinin dizaynı təqdim olundu
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər verir ki, məşəlin görünüşü hər il Oyunların başlamasına 1 il qalmış təşkil olunan ənənəvi tədbir zamanı nümayiş etdirilib.Çinin estetik dəyərini, ənənəsini və inkişaf etmiş texnologiyasını özündə əks etdirən dizayn münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, "Pekin-2022" gələn il 4-20 fevralda keçiriləcək.
Oxunub: 356
Xəbəri paylaş
Paylaş: