Türkiyə əhalisinin sayı 83,6 milyonu ötdü
2020-ci ildə Türkiyənin əhalisi 459 365 nəfər artıb.“Anadolu” xəbər verir ki, ölkə əhalisinin sayı 83 614 362 nəfərə çatıb.
Məlumata görə, əhalinin 50,1 %-i kişilər, 49,9 %-i isə qadınlar təşkil edib.Qeyd olunub ki, 2019-cu ildə illik əhali artımı mində 13,9 nəfər olsa da, bu rəqəm 2020-ci ildə mində 5,5-ə geriləyib.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: