Sürixdə Dünya İqtisadi Forumuna etiraz

İsveçrənin Sürix şəhərində hazırda Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) etiraz edənlərlə polis arasında toqquşmalar olub.
Məlumata görə, pirotexniki vasitələrdən və yandırıcı maddələrdən istifadə edən etirazçılara qarşı polis qüvvələri təzyiqli su, rezin güllə və gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
“Sürix WEF-ə qarşı” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis və sakinlər arasından bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Etirazçılardan üçü həbs olunub. Bir neçə yüz nəfərin iştirak etdiyi etiraz yürüşünə rəsmi icazə verilsə də, polis radikal xarakter alan yürüşə müdaxilə etməli olub.
Etiraz aksiyasının əhatə etdiyi marşrut üzrə küçələrdə yaşayış binalarına, dükanlara və avtomobillərə ziyan dəyib.
Oxunub: 358
Xəbəri paylaş
Paylaş: