Ermənilərin sayı Türkiyədə ildən-ilə azalır
2020-ci ildə Türkiyədə yaşayan əcnəbilərin sayı əvvəlki ilə nisbətən 197.770 (13 % ) azalaraq 1 milyon 333 min 410 nəfərə düşüb.
Əvvəlki kimi, 2020-ci ildə də İraq vətəndaşları Türkiyədə yaşayan əcnəbilərin sayına görə liderdir (281 min 74 nəfər). İraqlıları əfqanlar izləyir -158 min 252 nəfər. Siyahıda üçüncü yeri Almaniya vətəndaşları tutur (92 min 284 nəfər).
Bu barədə Türkiyə dövlətinin statistika qurumu məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyədə yaşayan əcnəbilərin əhəmiyyətli bir hissəsi Türkmənistan, Suriya, İran və Azərbaycan vətəndaşlarından ibarətdir. 2020-ci ildə Türkiyədə yaşayan Ermənistan vətəndaşlarının sayı isə xeyli azalıb. Onların sayı 1760 nəfərdən 1257 nəfərə düşüb.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş: