ÜST:
“Peyvənd olunanların sayı yoluxanların sayını ötüb”
Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı pandemiya dövründə yoluxanların sayını ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Peyvənd olunanların say artımı ilə bağlı statistikanın xoş xəbər olduğunu deyən Baş direktor bildirib ki, bu, diqqətəlayiq bir nailiyyətdir: “Peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə olur. Bu tendensiyanın digər dövlətlərdə də dinamik xarakter alması zəruridir”.
Globall.az
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: