Ermənistanda koronavirusdan daha 5 nəfər öldü

Ermənistanda son sutka ərzində daha 211 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 167 937 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 5 nəfər ölüb və bu infeksiyadan ölənlərin sayı 3114-ə yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 779 nəfərdir.
İndiyədək 159 577 pasiyent infeksiyadan sağalıb.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: