Meksikada 90 milyon dollarlıq narkotik ələ keçirildi


Meksikada Sinaloa ştatının şimal-qərb sahillərində böyük narkotik partiyası daşıyan gəmi saxlanılıb. Bu barədə Hərbi Dəniz Donanması Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, iki nəfər tərəfindən idarə olunan gəmidə 2,5 tondan çox metamfetamin və 100 000-dən çox fentanil həbi tapılıb. Təxmini hesablamalara görə, qara bazarda qanunsuz yüklərin ümumi dəyəri 90 milyon dollar civarındadır.
Oxunub: 337
Xəbəri paylaş
Paylaş: