Rusiyada 5 nəfər İŞİD üzvü saxlanılıb -
araşdırma aparılır
Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb. Bu barədə “İnterfaks” xəbər verir.
İlkin məlumata görə, onlar arasında həddi-buluğa çatmayan da var.
"Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb", - mənbə agentliyə bildirib.
"Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir", - mənbə əlavə edib.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: