Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Monitorinq Mərkəzində Türkiyə və Rusiya hərbçilərinin sayı eyni olacaq
  • Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək - SİYAHI
  • Orada terrorçu qeydə alınsa, türk hərbçilər…- Politoloq
  • Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Politoloq
  • Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR
  • “ERMƏNİLƏR BİRGƏYAŞAYIŞI YOX, KÖÇMƏYİ SEÇƏCƏKLƏR”- “Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz”

    • Tarix: 8-02-2021, 09:41



    “Rusiyanı idarə edənlər gördülər ki, ermənilər dövlət qurmaq iqtidarında deyil”

    44 günlük müharibənin bitməsindən 3 aya yaxın vaxt keçsə də, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərimizdə suverenliyimizn bərpası əsas vəzifə olaraq qalmaqdadır. Türk hərbçilərinin Rusiya hərbçilərilə birlikdə Monitorinq Mərkəzində fəaliyyətə başlaması bu vəzifəni uğurla həyata keçirəcəyimizə inamı bir qədər artırır. Bununla belə, Xankəndində oturan separatçılar birgə yaşayış perspektivini ümumiyyətlə yaxına buraxmaq niyyətindən uzaqdırlar və görünən budur ki, onlara bu işdə “istiqamət verənlər” var.
    Mövzu ətrafında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Azpolitika-ya danışıb. Həmin müsahibəni təqdim edirik: 

    - Nizami müəllim, müşahidəçilər türk hərbçilərinin Azərbaycana gəlişini və Monitorinq Mərkəzinin açılmasını Türkiyənin Azərbayanda hərbi iştirakının legitimləşdirilməsi kimi təqdim edir. Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə bunu texniki məsələ hesab etdiyini deyib. Uzun illər parlamentdə Azərbaycan-Türkiyə dostluq qrupuna rəhbərlik edən şəxs kimi bu məsələyə hansı prizmadan yanaşırsınız?

    - Təbii ki, dünyada baş verən hadisələr müxtəlif cür qiymətləndirilir. Bu, həmin hadisələrə münasibətdən, baxış prizmasından asılıdır. Ancaq unutmayaq ki, istənilən məsələyə digər yanaşmalarla yanaşı, etnik-mədəni prizmadan da baxmaq olar. Deyirik ki, “Biz bir millət, iki dövlətik”. Bu, artıq etnosun vahidliyini göstərən hadisədir.
    Etnosun vahidliyi isə o qədər dərin məsələdir ki, burada hər şey var: psixologiya, sosial münasibətlər, insanlararası əlaqələr, qohumluq, dil və sair. Nəzərə almaq lazımdır ki, bunlar xırda məsələlər deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dəyərləndirərkən də birinci buradan başlamaq lazımdır.
    Bütün türk xalqları nə qədər bir-birindən təcrid edilmiş olsalar da, təhlil edəndə görürsən ki, stabil və xalqı təmsil edə biləcək göstəricilər, hansı ki, biz buna ümumi şəkildə əxlaq deyə bilərik, eynidir. Yəni bu amillər istər-istəməz bu xalqları bir-birinə çəkir. Bu nöqteyi-nəzərdən Azərbaycanla Türkiyə, eləcə də türk xalqları arasındakı münasibətləri siyasi münasibətlərdən daha çox emosiyalar, hislər idarə edir.

    Siz burada deyə bilməzsiniz ki, Türkiyənin Azərbaycana köməyə gəlməsi və ya Azərbaycanın beynəlxalq platformalarda Türkiyənin tərəfində durması siyasi məsələdir. Bu, bir hissiyat, genin, kökün bir olmasından doğan gerçəklikdir. Lakin bu, dünya miqyasında siyasət kimi də dərk olunur. Çünki artıq burada dövlətlər, siyasi münasibətlər, əlaqələr məsələsi də var.

    Əgər bir ordunun digər orduya köməyindən danışırıqsa, əgər söhbət bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün qardaş dövlətin dəstəyindən gedirsə, bu, nəticə etibarilə siyasi hadisə kimi təsvir oluna bilər. Buna da təbii yanaşmaq lazımdır.

    - Bir çox müşahidəçilərin fikrincə, hazırda Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında nüfuz savaşı gedir...

    - Yox, mən buna inanmıram. Burada nüfuz savaşından söhbət gedə bilməz. Sözsüz ki, tarixən Cənubi Qafqaz öz iqtisadiyyatı, turizm imkanları, yolların kəsişməsində yerləşməsi, tranzit imkanları, qədim mədəniyyətə sahib olması ilə daim maraq və diqqət mərkəzində olub. Cənubi Qafqazdakı maraqları Rusiya üçün taleyüklü məsələdir.
    Sanki Rusiyanı Cənubi Qafqaza itələyən hansısa qüvvə var. Bu, eyni zamanda mədəniyyət hadisəsidir. Amma başqa bir tərəf də var. Rusiya regionun böyük dövlətidir, burada onun maraqları mövcuddur. Bu maraqlar istər-istəməz redaktə olunur. Bir vaxtlar bu, bir işğalçılıq marağı idi. Lakin bu gün dünyanın durumu elədir ki, Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz.

    - Niyə?

    - Çünki belə bir hüququ yoxdur. Yəni ki, o adla müdaxiləsi mümkün deyil. Rusiya Cənubi Qafqaza iqtisadi imkanları, barışdırıcı, humanist dəyərlərlə gələ bilər. İşğalçı kimi bu gün hər hansı bir dövlət başqa dövlətə müdaxilə edirsə, onun qarşısına müəyyən qüvvələr çıxacaq. Amma əməkdaşlıq vahidi kimi gələcəksə, ona dəstək də veriləcək, əməkdaşlıq da olacaq.

    Cənubi Qafqazla ticarətə, iqtisadi əlaqələrə Rusiyanın bu saat ehtiyacı var. Cənubi Qafqazdakı müəyyən işçi qüvvələrini Rusiyada əvəz etmək mümkün deyil. Bunlar xüsusilə, ticarət və xidmət sahələridir ki, Cənubi Qafqaz bütövlükdə Rusiyanı bu müstəvidə təmin edir. Həmçinin, Rusiyanın elminə və mədəniyyətinə Cənubi Qafqazın ehtiyacı var.
    Yəni biz böyük bir dövr ərzində Rusiya elmindən, texnologiyasından çox şey öyrənmişik. Əlbəttə, indi dövr və zaman dəyişib, alternativ mərkəzlər ortaya çıxıb. Amma hər halda, Rusiya ilə ənənəvi münasibətlər yenə də qalıb. Məsələn, bizdə Slavyan Universiteti var. Bizdə rus ədəbiyyatı məşhurdur, rus ədəbiyyatının klassiklərini öyrənirik və gələcək nəsillər də öyrənəcək.

    Təbii ki, gerçəklik, reallıq, üzdə olanlar elə təəssürat yaradır ki, Cənubi Qafqazda Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsi baş verir. Belə bir illüziya mövcuddur. Lakin məncə, regionda Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsi deyil, əməkdaşlığı baş verir. Yəni Cənubi Qafqazda Türkiyə və Rusiya arasında münasibətlər yeni müstəviyə keçir.

    - Tarix Rusiya-Türkiyə yaxınlaşması ilə yanaşı, onların qarşıdurmasına, aralarında baş verən müharibələrə də şahidlik edib. Sizcə, bu hallar yenidən təkrarlana bilərmi?

    - Lap qədim tarixlərə getməsək, XIX əsrin əvvəllərindən bu yana uzun sürən Osmanlı-Rusiya müharibələri olub. Amma qəribədir ki, müharibələrin gedişində belə, Rusiya-Osmanlı münasibətləri qalıb. Türkiyə üçün SSRİ ilə də əlaqə yaratmaq mühüm və vacib olub. Ona görə ki, Sovetlər Birliyinin tərkibində, Atatürkün də dediyi kimi, türklər böyük üstünlük təşkil ediblər. Siyasi arenada müxtəlif ixtilaflar olsa da, ictimai-mədəni səviyyədə sıx əlaqələr hər zaman mövcud olub.

    Təsadüfi deyil ki, ən kritik məqamlarda, məsələn, Rusiyada inqilab olanda, SSRİ yeni yarananda və ya Türkiyədə Cümhuriyyət qurulanda bu iki ölkə arasında 10-15 il ərzində çox yaxın dostluq əlaqələri olub. Odur ki, Türkiyə-Rusiya münasibətlərini ancaq müharibə və münaqişə üzərində dəyərləndirmək olmaz. Bu münasibətlərin içərisində səmimi dostluq da olub. Onu da unutmayaq ki, Rusiya mədəniyyəti adlandırdığımız mədəniyyət türk elementləri ilə zəngindir.

    Məsələn, SSRİ parçalandı, müxtəlif türk dövlətləri yarandı. Bu dövlətlərin Türkiyə ilə fərdi qaydada sıx münasibətləri var. Biz buraya Azərbaycanı, Türkmənistanı, Qazaxıstanı, hətta Rusiyanın subyekti olan Tatarıstanı da aid edə bilərik. Rusiyanın tərkibində mövcud olan türkdilli subyektlərin Türkiyə ilə əlaqələri olduqca səmimidir. Bu səmimiyyətlə hesablaşmaq qaçılmazdır. Bunu Rusiya da yaxşı bilir. Yəni, Rusiya buna görə Türkiyəyə cəbhə açmaq düşüncəsində deyil. Əksinə, bu, əməkdaşlıq üçün zəngin bir istinaddır. 

    - Amma Rusiyanın Qarabağakı sülhməramlı qüvvələrinin bəzi fəaliyyətləri ciddi narahatçılıq doğurur...

    - Doğrudur.

    - Bəs onda bəhs etdiyiniz səmimiyyət hanı, biz niyə bunu görmürük?

    - Mən bu məsələni necə izah edə bilərəm? Biz elə bir yaxın tarixin varisiyik ki, oradakı müəyyən münasibətləri unutmağımız bir qədər ağır prosesdir. Biz, faktiki olaraq, Rusiya İmperiyasının tərkibində olmuşuq. Müstəqillik istəyimizə görə imperiya 1990-cı ilin 20 yanvarında bizi cəzalandırıb.
    Biz, bu cəzanın davamını torpaqlarımızın işğalında və ərazi bütövlüyümüzün pozulmasında da görmüşük. Ermənistan Azərbaycanla təklikdə savaş aparsaydı, heç zaman onun torpaqlarını işğal edə bilməzdi. Bu, mümkün olası şey deyildi. Çünki tarix “erməni ordusu” anlayışını tanımır, amma zəif və ya güclü Azərbaycan Ordusu anlayışı hər zaman olub.
    Məlumdur ki, dağılmaqda olan imperiyanın bilavasitə dəstəyi ilə, həmçinin ermənilərə kənar ölkələrdən edilən kömək sayəsində Azərbaycan torpaqları işğal edilib. Amma əsas kömək imperiyadan olub.

    İndi çox yaxşı haldır ki, tarixi ədalət bərpa olundu. Və ermənilərin siyasəti ifşa edildi, dövlət qura bilmədikləri ortaya çıxdı. Bu xalq müstəqil dövlətini qurub yaşaya bilmir. Buna görə də, ona zorla müstəqil dövlət qurdular. Amma alınmadı. Bunu Rusiya, onun dövlət idarəçiləri görmədilər? Gördülər. Gördülər ki, bu xalq dövlət qurmaq iqtidarında deyil.
    Ona görə də əvvəlki köməklərdən imtina olundu. Çünki ermənilər eyni zamanda bir neçə sifət göstərdilər. Konkret suala gəldikdə, anlaşılmazlıqlar xeyli dərəcədə aradan qalxmış olsa da, müəyyən elementlər qalır. Bunlar strateji səviyyədə deyil, müəyyən dərəcədə epizodik şəkildə özünü göstərəcək. Amma hər halda, indiki vəziyyət tam əsas verir ki, buraya gələn Rusiya sülhməramlıları köhnə xəyalları unutsunlar.

    - Hazırda rus sülhməramlıları və erməni separatçıları Xankəndi, Ağdərə, Xocavənd və Xocalı rayonlarına nəzarət edir. Yaxın gələcəkdə bu ərazilərdə Azərbaycanın dövlət bayrağının dalğalanması və suverenliyimizin bərpasını nə dərəcədə mümkün hesab edirsiniz?

    - Əlbəttə, bu, bir qədər vaxt alacaq, amma düşünmürəm ki, bu proses uzunmüddətli olsun. Biz görürük ki, ermənilər Ermənistanı tərk edib gedirlər. Erməniləri nəinki Xankəndi və onun ətrafında, hətta Ermənistanda saxlayan yalnız konyukturadır. Ermənilər orada yaşamaq istəmirlər.

    Onların məşhur “Harada çörək varsa, ora vətəndir” sözü var. Bunu da daha çox öz aralarında deyirlər. Yəni bunların vətən, torpaq “səmimiyyəti” bundan ibarətdir. Odur ki, onların orada istədikləri şəkildə yaşamasını heç kim təmin edə bilməyəcək. Nə qədər silah, sursat olsa belə. Onlara ancaq çörək və yaxşı yaşayış lazımdır. Bu yaxşı yaşayışı da onların istədikləri şəkildə heç kim təmin etməyəcək.

    Amma bununla yanaşı, əgər istəyirlərsə ki, Ermənistan adlı dövlətləri mövcud olsun, bu halda Azərbaycanla əlaqələr qurmalı, normal düşünməyə başlamalıdırlar. Bu da onlar üçün çətindir. Çünki onlarda türk düşmənçiliyi tarixən o qədər oturuşub ki, bunu dağıtmaq çətindir.

    Əlbəttə, biz çox istərdik ki, məlum ərazilərdə birgə yaşayış bərpa olunsun. Amma onlar daha çox buradan köçməyi seçəcəklər. Hələlik meyl budur. Amma ağılları başlarına gəlsə, normal yaşamaq üçün imkanlar açılacaq.

    Rasim Əliyev

    Oxunub: 358
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.