İran Rusiyaya nota verdi -
Ərəb körfəzi yox, Fars körfəzi
İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası verib.
Bu məlumatı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə verib. Onun sözlərinə görə, nota İranın Moskvadakı Səfirliyi vasitəsilə təqdim edilib. O, notanın verilməsinə səbəb kimi Rusiya XİN-in Tvitterdəki ərəb dilli versiyalarından birində Fars körfəzi yerinə Ərəb körfəzi ifadəsinin işlədilməsi olub.
Qeyd edək ki, İranla Ərəbistan yarımadası arasında yerləşən su hövzəsinin adı 1960-cı ildən mübahisə mövzusudur./axar.az
Oxunub: 413
Xəbəri paylaş
Paylaş: