Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini belə etiraf ediblər - FOTO
  • Kuznetsov detalları açdı: Moskvadan İrəvana tarixi şillə (VİDEO)
  • "Kürəkçay müqaviləsində ermənilər haqda bir kəlmə də yoxdur"- "Onlar məqsədyönlü şəkildə Qarabağa yerləşdirildi"
  • Rusiya, erməni mahiyyəti budur, bax! - Foto
  • Qərbi Azərbaycan Respublikası elan olundu
  • ""TÜRKMƏNÇAY”IN YARATDIĞI ERMƏNİSTAN"- Professor Ramazan Siracoğlu yazır /ARAŞDIRMA

    • Tarix: 9-02-2021, 12:10

    Ramazan SİRACOĞLU, professor

    XIX əsrin birinci rübünədək Cənubi Qafqazda azlıq təşkil edən, demək olar ki, səssiz-səmirsiz şəkildə mövcudiyyətini sürdürən ermənilərin “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra, necə deyərlər, bəxt ulduzu parladı. Rusiya tərəfinin basqısı ilə 10 fevral 1828-ci ildə Qacariyyə iqtidarının İranda “əhdname-ye nəngin” (عهدنامه ننگین – utancverici sözləşmə) adlandırılan “Türkmənçay” müqaviləsini imzalamasından sonra ermənilərin Qarabağa axını başladı. Obrazlı şəkildə belə söyləmək mümkündür ki, rus çarı I Nikolay Ermənistanın xaç atası oldu.

    Şərq məsələsini birdəfəlik olaraq öz xeyrinə həll etməkdə qərarlı olan imperator I Nikolay (1825-1855) ələ keçirdiyi məkanda yeni ərazi-inzibati vahidi layihəsini hazırlanmasına göstəriş verdi və bu işin icrası erməni əsilli yüksək vəzifə sahibləri Aqazar Lazaryan, Aleksandr Xudabaşyan və Movses Arqutyana həvalə olundu.
    Onlar da imperatora ermənilərin Rusiya protektoratlığı altında özünüidarə məlikliyi yaradılması planı hazırladılar. Kimlərinsə tövsiyəsi ilə I Nikolay bu planı bəyənmədi, əvəzində 21 mart 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək ermənilərin “haykakan marz” adlandırdıqları Ermənistan vilayəti yaradılması haqqında fərman imzaladı (Bax: Акты Кавказской Археографической Комиссии. т. VII, док. № 437).

    I Nikolay da, öz sələfləri kimi, ermənilərə xüsusi qayğı ilə yanaşırdı. Xatırladaq ki, hələ I Nikolayadək I Pyotrun cənuba doğru ekspansiya siyasətini davam etdirməyə başlayan II Yekaterina erməni kilsəsinin müstəsna səyi nəticəsində 30 iyun 1768-ci ildə ermənilərə Rusiya imperiyası ərazisində xüsusi imtiyazlar verən fərman imzalamışdı: “Bütün dürüst erməni xalqı bizim imperator mərhəmətimiz və nəvazişimiz altında tutulsun – Весь честный армянский народ в нашей императорской милости и благоволении содержать” (Bax: Полное собрание законов Российской империи с 1649 года по 19 ноябрь 1825 г., т. 18, с. 4)



    2 oktyabr 1837-ci ildə I Nikolay Eçmiədzinə (Üç müəzzinə) gələndə, erməni arxiyepiskopu Karapet mütiliklə onun qarşısında diz çökür. İmperator ondan nə arzuladığını soruşanda, Karapet belə deyir: “Böyük Hökmdar, Sən yeni sadiq təbəələrin – erməni xalqının atası və hamisi ol, mən erməni xalqımı Sənə, Səni də ALLAHa tapşırıram”. (Bax: А.Д. Ерицов. Пребывание императора Николая I в Эчмиадзине и Эривани).

    Paytaxtı türk şəhəri İrəvan olan yeni vilayətin və Qarabağın etnik tərkibinin ermənilərin lehinə dəyişdirilməsi məqsədilə həm İrəvana, həm də Qarabağa ermənilərin köçürülməsi kampaniyasına start verildi.

    Amerikada yaşayan iran əsilli tarixçi Corc Burnutyan İrəvanda və Qarabağda erməni əhalisinin az olmasını özünün də inanmadığı  hipotetik  səbəbə bağlayır: “Ermənilər orta əsrlərdə məruz qaldıqları basqılar səbəbindən öz tarixi məskənlərini tərk etmişdilər.” (Bax: George Bournoutian: “Russian Annexation of Eastern Armenia”. The Armenian People From Ancient to Modern Times, 1997, volume II, p.106  ).

    Təəccüblü deyil ki, C. Burnutyanın elmi rəhbəri amerikan tarixçisi Riçard Hovanisyan da eyni fərziyyədən çıxış edir, ermənilərin o vaxtlar ancaq Zəngəzurun və Qarabağın bəzi ucqar dağlıq ərazilərində nisbətən çoxsaylı olduqlarını bildirir: “Only in the mountains regions of Karabakh and Zangezur did the armenian manage to maintain a solid majority” (Bax: The Armenian People From Ancient to Modern Times. Palgrave, USA, 2004, p. 96).

    Ermənilərin Rusiyanın yeni ələ keçirdiyi ərazilərə gəlməsini rəsmi dairələr müxtəlif yollarla təşviq edirdilər: ermənilərə ailə başına birdəfəlik 25 rubl ianə verilirdi (rublun alıcılıq qabiliyyəti o illərdə çox yüksək idi), onlardan 6 il ərzində heç bir vergi alınmırdı və onlara ən yaxşı torpaq sahələri paylanılırdı, məhkəmə çəkişmələri, bir qayda olaraq, ermənilərin xeyrinə həll olunurdu.

    Qeyd etmək lazımdır ki, gəlmə ermənilər (yerli əhali onları “qonaq” adlandırırdı) elə ilk gündən yerli camaata problemlər yaşatmağa başlamışdılar. (Arabir fikirləşirəm ki, bizimkilər haylara, bəlkə, elə şər-xəta işlərindən dolayı “erməni” deyiblər? Ola bilsin ki, bu söz qədimdə “əhriməni” sözündən törəyib və şər qüvvələrinin başçısı Əhrimənlə bağlıdır; “h” samiti isə bəzi sözlərdə tələffüz zamanı  ixtisar edilə bilir: fəhlə- fəələ, məhəllə- məəllə, pəhləvan- pəəlvan, ehtiram- etiram və s. Bu xüsusda Sabirin məşhur qəzəlindəki bir beyti  xatırlatmamaq mümkün deyil: Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri,/Əhrimənlər maliki- mülki- Süleyman olmasın.)



    O zamanlarda Rusiyanın səfiri olmuş A. S. Qriboyedov Peterburqa göndərdiyi məxfi məlumatda ermənilərin törətdiyi fəsadlara da toxunmuşdur: “… Ermənilərin Naxçıvana köçürülməsindən sonra burada  yaranan hərcmərclik və təzyiqlərin daha çox olduğunu gördüm… tatarların düşüncəsində ermənilərdən məmnun qalmadıqları ən yüksək həddə  özünü büruzə verir… onlar (yerli əhali) çarəsizlikdən öz təssərrüfatını və əmlakını buraxıb gedirlər.” (Bax: Грибоедов А. С. Сочинения М.; Л., 1959. — s. 471—477.)
    1828-ci ildən sonra İrəvana və Qarabağa 57 min erməni gəlib məskunlaşdı, o ərazilərdən isə 35 mindən çox Azərbaycan türkü köçməyə məcbur oldu.

    Qeyd edək ki, 1853-1856-cı illərdə baş vermiş Krım savaşından və 1877-1877-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra da ermənilərin Osmanlı ərazilərindən İrəvan və Qarabağa kompakt köçləri davam etmişdir.

    Ermənilər havadarlarının açıq dəstəyi və gizli təlimatları ilə bütün mümkün variantlarla yerliləri sıxışdırmaqla bərabər, məskunlaşdıqları yerlərdə türklərin bütün maddi-mənəvi mədəniyyət nümunələrini yox etməyə, onların bütün izlərini silməyə, məzarlıqları dağıtmağa başlamışdılar. 1828-ci ildə Marağadan Qarabağa gələn ermənilər 1978-ci ildə Ağdərə (Mardakert ) rayonun Marağa kəndinə (1954-cü ildən Leninavan) köçlərinin “şanlı” 150 illik yubileyinə xatirə obeliski də ucaltmışdılar (Bax: George A. Bournoutian. A Brief History of the Aghuank Region. — “Mazda Publishers”, 2009, p. 9).



    Ermənilərin İran və Osmanlı ərazilərindən  İrəvana və Qarabağa köçürülüb məskunlaşmasında 1827-1830-cu illərdəki Qafqaz canişini general İ.F. Paskeviçin ( 1782- 1856 ) müstəsna rolu olmuşdur.

    Rusiya ilə Osmanlı dövləti arasında  02.09.1829-cu ildə bağlanmış “Edirnə” müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsinə sərəncam verilməsi üçün çar I Nikolaya məhz o, rəsmi təkliflə müraciət etmişdir: “Həşmətli zati-aliləri, şəfqət və mərhəmət dolu nəzərlərinizi bu bədbəxt və zavallı qurbanlara yetirin;  Rusiyaya göstərdikləri sədaqətə görə  Osmanlı müstəbidinin onlardan intiqam almasını rəva görməyin.”

    Rusiya imperatoru I Nikolay da canişin Paskeviçin istəyini qəbul etmişdi: “Əminəm ki, sizə etibar edilmiş diyarda o xalq bu qədər artıb güclənməsinə görə sizin təklifinizə minnətdar və imperiyaya faydalı  olacaqdır.”

    A. Xudobaşyanın (rus mənbələrində – Xudobaşev) yazıb ki, 1859-cu ildə Ərzurum, Kars, Bayəzid və Toprakkale ərazilərindən İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağa 90 min erməni gəlmişdi. (Bax: А. Худобашев. Обозрение Армении в географическом, историческом и литературном отношениях. Санкт-Петербург, 1859, c. 396- 397)

    Kütləvi halda köçüb gələnlərin yerli camaata qarşı nümayişkarənə surətdə təhdidkar davranmasına, otlaq və əkin sahələrini ələ keçirmələrinə laqeyd qala bilməyənlərin çoxu məcburən öz dədə-baba yerlərindən köçüb getdi. Ermənilərin İrəvan və Qarabağ ərazisinə köçüb gəlməsini onların tarixçiləri çox mütərəqqi bir hadisə kimi qiymətləndirirlər. Məsələn, kanadalı siyasətşünas Razmik Panossyan bu hadisəni ermənilərin öz evlərinə qayıdışı kimi qəbul edir.

    Ermənilərin Azərbaycan türklərinə təzyiq, təxribat və terroru müəyyən fasilələrlə davam etmişdir. Məsələn, I Dünya müharibəsi illərini fürsət bilən ermənilər türklərə qarşı etnik təmizləmə işini genişləndirmişdilər. Bu xüsusda 1917-1918-ci illəri xatırlamaq yerinə düşər. Andranik Ozanyanın başçılığı ilə silahlı daşnaksütun dəstələri Şərur- Dərələyəz qəzalarında yaşayan türkləri xüsusi qəddarlıqla qətlə yetirir, onların əmlakını yandırır, zinət əşyalarını və pullarını zorla əllərindən alır, ayaqyalın, başıaçıq qaçmağa məcbur edirdilər.

    1897-ci ilin statistik məlumatına görə, Zəngəzurda 71 min 200 türk yaşayırdısa, 1922-ci ildə onların sayı 6 min 500 nəfərə düşmüşdü (Bax:Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969, с. 10)

    Türklərə qarşı xüsusi qəddarlığı ilə səçilənlərdən biri Njde Qaragün haqqında bir qədər daha ətraflı məlumat vermək lazımdır. Ermənilərin müxtəlif yerlərdə heykəlini ucaltdıqları, əməllərindən qürur duyduqları, Njde Qaragin adıyla tanınan Arakel Arutyunyan (sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familiyasını Ter-Arutyunyan şəklində dəyişdirib) əli silah tutandan bəri, saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub.
    Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülüb. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə, 1909-cu ildə  universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə Sibirə sürgün ediləcəyindən qorxan Njde havadarlarının köməyi ilə gizli şəkildə Bolqarıstana qaçıb. (Sonralar isə o özü bu hadisəni  siyasi fəaliyyəti ilə əlaqələndirib).
    Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşub. I Dünya müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq, geri qayıdıb,  silahlı dəstə yaradaraq Anadolu və Azərbaycan türklərinə xüsusi amansızlıqla divan tutub.

    1918-1921-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilib. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdi: “1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun  silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış  və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir”. (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16-го сентября 1947г.)

    1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş həmin şahid Xoylunts bildirib ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atıb.

    Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil (?), türk olduqlarını söyləmişdi: “Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılanlar və güllələnənlər haqqında bəhs edərkən, Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir”. (Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947 г.)

    Njde ömrü boyu Fransada, Amerikada, Rusiyada, Türkiyədə,  İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət alıb, hər yerdə Türkiyəni düşmən bilib. Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri K.Y. Voroşilova ünvanladığı əfv haqqında ərizəsində də ifadə edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir”. (Bax: http://www.bvahan.com/armenianway/aw/Njdeh_KGB/Part08.html  s. 145 )

    Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə Njdeden türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda Çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Njde bu barədə belə yazıb: “Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım.” (Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

    İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra məlum qüvvələrin yardımı ilə  Bolqarıstanda vətəndaşlıq statusu qazanan Njde orada da daim türklərə qarşı terror hərəkətləri edib,  II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişib.

    Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A. Hitlerə bilgi verib. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya  müharibəsində “SS” (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib, xeyli müddət təkəbbürlə mundirində “SS” devizi  (“Meine ehre heißt treue”- Şərəfim sədaqətimdir”) daşıyıb.
    Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı da müzakirə edilib hazırlanmışdı. (Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51)

    Ermənilərin Azərbaycan türklərinə qarşı düşmən münasibəti, ərazi iddiası, məkrli tutumu SSRİ zamanında da səngiməmişdir. Məsələn, 7 iyun 1945-ci ildə SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotov (1890- 1986) Türkiyə Respublikasının Moskvadakı səfiri Selim Rauf Sarperə ( 1899- 1968 ) Sovet hökumətinin rəsmi notasını təqdim etmişdir.
    Notada 3 mart 1918-ci ildə imzalanmış “Brest-Litovsk” müqaviləsinin yenidən nəzərdən keçirilməsi, şərqi Anadoludakı bəzi ərazilərin qərbi Ermənistana və Gürcüstana aidliyi məsələsi iddia olunurdu. Erməni katalikosu VI Gevork SSRİ-nin bu “nəcib” təşəbbüsünü alqışlayan təşəkkürnamə yazmağa gecikmədi. (Bax: The Armenians: Past and Present in the Making of National Identity, 2005, p.119).

    1946-1948-ci illərdə xaricdən Ermənistan SSR-ə təxminən 100 min erməni köçüb gəldi. İmmiqrasiya edən erməniləri yerləşdirmək üçün 100 mindən çox Azərbaycan türkü Ermənistandan deportasiya edildi. Bu məkrli planın memarı 1937-1953-cü illərdə Ermənistan SSR-in siyasi rəhbəri (Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi) olmuş Qriqor Arutyunyan (1900-1957) idi.
    Q. Arutyunyanın ağıl verəni isə o vaxtlar Kremldə mühüm vəzifə tutan Mərkəzi Komitənin Siyasi bürosunun üzvü, SSRİ Xarici Ticarət naziri Anastas Mikoyan (1895-1978) hesab olunur. Təəssüf ki, 1947-ci ildə İ.V. Stalin Azərbaycan türklərinin Ermənistan ərazisindən köçürülməsi haqqında 4083 nömrəli planı təsdiqlədi (Bax: A Failed Empire; University of North Carolina Press, 2009, p. 38 ).

    SSRİ Nazirlər Sovetinin sərəncamı ilə 1948-ci ildə Ermənistan SSR-də yaşayan 100 mindən çox azərbaycanlı türk  daimi olaraq Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü.

    Məqsədyönlü şəkildə hakimiyyətə gətirilmiş boşboğaz, intriqan, arvadağız, maymaq M.Qorbaçovun (ömrü boyu xanımı Raisa Maksimovnanın güclü təsirindən çıxa bilmədiyi üçün ona hörmət əlaməti olaraq “Mişa Raykin” də deyirdilər) zamanında (1985-1991) “aşkarlıq”, “demokratiya” və “yenidənqurma” pərdəsi altında ermənilərin Azərbaycana qarşı yeni səlib yürüşü başladı. Xalqı, guya, ağ günə çıxarmaq istəyən Qorbaçov iqtisadi məsələlər üzrə baş məsləhətçisi Abel Aqanbeqyanın sözü ilə Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə qeyri-rəsmi göstəriş verdi.

    1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryanın iştirakı və rəhbərliyi ilə 1989-cu ildə  Xankəndində yaranan “miatsum” (birləşmə- միացում – yəni, Qarabağın Ermənistana birləşdirilməsi) ictimai-siyasi hərəkatı onların ümummilli “dənzdən dənizə” layihəsinin tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, ermənilər 1923, 1945, 1963, 1977 və 1983-cü illərdə də Qarabağın dağlıq hissəsini müxtəlif bəhanələr altında Ermənistana birləşdirmək təklifi ilə çıxış etsələr də, buna müvəffəq ola bilməmişdilər (Bax: Svante E. Cornell. The Nagorno-Karabakh Conflict. Report No 46, Department of East European Studies, Uppsala University, 1999).

    1988-1991-ci illərdə Ermənistan ərazisində yaşayan, təqribən, 300 min soydaşımız öz doğma, tarixi yerlərindən didərgin oldu. 1992-1994-cü illərdə isə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran, Hadrut,  Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və  Qubadlı ərazilərindəki soydaşlarımız öz vətənlərində məcburi köçkün durumuna düşdülər.
    Beynəlxalq ictimaiyyət, dünyanın ən inkişaf etmiş dövlətlərinin başçıları elə hey “dil tapın, güzəşt edin” tipli məsləhətlər verməklə kifayətləndilər. Ermənilər BMT-nin məlum qətnamələrini heç saya da salmadılar. 2019-cu ilin yayında Xankəndinə gəlmiş N.Paşinyan Cıdır düzündə sərxoş olub “Artsaxi Hayastane, ket – Qarabağ Ermənistandır – nöqtə” bağıranda,ermənilərin havadarları ona bir çəki-düzən vermədilər ki, “ara, Nikol, sus!”

    Azərbaycanın dəmir yumruğunun təsirindən nokdaun vəziyyətinə düşmüş Ermənistana qahmar çıxanlar bugünlərdə xaç çevirə-çevirə onlara dirçəliş planı hazırlayır, təsbeh şaqqıldada-şaqqıldada məsləhətlər verirlər. Müxtəlif adlar altında qurudan, havadan yenə də ermənilərə xətri sayılır miqdarda yardımlar edilir, müxtəlif hərbi təyinatlı avadanlıqlar, silah-sursatlar ötürülür, yaraları sarınır. 
    Bir ucdan da ordan-burdan “qaçqın” ermənilər tapıb gətirirlər, doldurulur Xankəndinə, Xocavəndə, Əsgərana, Ağdərəyə. Yəqin ki, nə vaxtsa  orada bir “referendum” keçirmək ssenarisi də hazırlayırlar. Əhrimənə xidmət edənlər unudurlar ki, Azərbaycan  bu haqlı mücadiləsində tək deyildir.  
    Türkiyə Cümhuriyyəti kimi sədaqətli qardaşı, Pakistan kimi etibarlı hərbi müttəfiqi olan Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgərləri mənfur düşmənə hər an sarsıdıcı zərbələr endirməyə qadirdirlər:

    Zulmün topu var, güllesi var, kal’ası varsa,
    Hakkın da bükülmez kolu, dönmez yüzü vardır;
    Göz yumma güneşten, ne kadar nuru kararsa
    Sönmez ebedi. Her gecenin gündüzü vardır!

    Oxunub: 518
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.