Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar bir il də dayandırıla bilər
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin daha bir il uzadılması təklif edilir.
"Report"un məlumatına görə, bununla bağlı məsələ “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: