Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycanlı professor Aygün Attar Ərdoğanın məsləhətçisi oldu
  • Diaspor rəhbərliyindən Prezident müşavirliyinə - Aygün Attarın ömür yolu
  • Ərdoğan azərbaycanlı xanımları qəbul etdi - Qarabağla bağlı
  • Fransanın Minsk Qrupundan çıxarılması üçün müraciət ediləcək - Açıqlama
  • Türk əsgəri Qarabağa nə vaxt gəlir?- Gözlər Ərdoğanda…- AÇIQLAMA
  • "Azərbaycan bayrağının Xankəndidə dalğalanacağı gün yaxındır"- Professor Aygün Attarla müsahibə

    • Tarix: 10-02-2021, 10:18



    Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib. Qeyd edək ki, şuranın sədri cənab Ərdoğandır.

    Qarabağ savaşında daim Azərbaycanın yanında olan qardaş ölkənin prezidenti qarabağlı xanım professoru yüksək görəvə layiq görməklə də hər birimizi məmnun etdi. Qubadlıda anadan olmuş, 30 ildən artıqdır Türkiyədə yaşayan Aygün xanım uzun müddət Giresun Universitetinə rektorluq edib, 2019-cu ildən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun başqanı olaraq çalışır. “Yeni Müsavat”a müsahibəsində Aygün xanım Attar oxucularımızı maraqlandıran sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik. 

    - Aygün xanım, Türkiyə prezidenti sizə böyük etimad göstərdi. Bu təyinat gözlənilməz olmadı ki?

    - Xeyr. Çünki prezident Ərdoğanın Azərbaycana olan yaxın münasibəti ortadadır. Bundan əlavə, əvvəllər də Azərbaycan Prezidentinin Türkiyəni rəsmi ziyarətlərində də dəfələrlə sayın Ərdoğan tərəfindən o ziyarətlər əsnasında hər iki ölkənin nümayəndə heyətinə qatıldığı görüşmələrin qeyri-rəsmi hissəsində iştirak etmişəm. Həmçinin Türkiyədə yaşadığım 30 il ərzində Türkiyə ictimaiyyəti, yerli media mənsubları məni Türkiyədə -Azərbaycan münasibətlərində körpü rolunu oynayan bir insan kimi gördükləri üçün sağ olsunlar. Bu təşkilat Prezident Administrasiyası içərisindədir, onun da sədri cənab Ərdoğandır. Orada sayın cümhurbaşkanımızın sözçüsü İbrahim Kalın bəy, bir neçə nəfər baş danışmanları yer alır və bir üzvü də mənəm.

    - Son illərədək siz Giresin Universitetinin rektoru olaraq daha çox tanınırdınız. Amma belə görünür ki, artıq rektorluq sizin üçün keçilmiş mərhələdir.

    - Bəli. Mən 30 ildir Türkiyədə elmi fəaliyyətlə məşğulam, hələ də məşğul olmağa davam edirəm. Elmi fəaliyyətlər insan həyatının sonuna qədər davam edən fəaliyyətlərdir. Mənim üçün də elə olacaq. Qarabağ zəfəri sonrasında Qafqazlarda olan geopolitik vəziyyətə dair bir monoqrafiya üzərində çalışıram. Eyni zamanda kafedra müdirliyi, dekanlıq, prorektorluq, rektorluq kimi elmi pillərin hamısında 30 il boyunca çalışdım. İlk dəfə Azərbaycanda doğulub-böyüyən, Azərbaycan kökənli bir Türkiyə vətəndaşı olaraq görəv həyata keçirdim, bununla da çox qürur duyuram.

    - Aygün xanım, Türkiyə və Azərbaycan arasında dostları sevindirən, düşmənləri pəjmürdə edən münasibətləri təbii ki, izləyirsiniz. Sizcə, indiki əlaqələrin daha da yüksəldilməsi istiqamətində hansı addımlar atıla bilər? Azərbaycan-Türkiyə ittifaqı, yaxud “Bir millətin bir dövləti” yaradılsın deyə, yanaşmalar var burada. Türkiyədə belə müzakirələr olurmu?

    - Vallah mən səmimiyyətlə sualınıza cavab verib deyim ki, söylədiyiniz “Bir millətin bir dövləti” barədə müzakirələrə rast gəlməmişəm. Amma Türkiyədə həm millət, həm dövlət ən yüksək səviyyədə “Bir millət, iki dövlət” konsepsiyasından çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərinin inkişafını, gücləri birləşdirərək bölgədə sabitliyin yaradılması, barışın davam etdirilməsi, Azərbaycanın haqlı davasında Ali Baş Komandanın müzəffər bir komandan olaraq, qəhrəman Azərbaycan Ordusunun sayəsində zəfərlə başa çatdırdığı ikinci Qarabağ savaşının sonrakı mərhələsində diplomatik müstəvidə beynəlxalq hüquqa uyğun şəkildə haqq və hüquqlarının sonuna qədər Azərbaycanın arxasında durur.

    Türkiyə də bu məsələdə Azərbaycana mənəvi olaraq hər cür dəstək verməyə hazır olduğunu cümhurbaşkanı, xarici işlər naziri, milli müdafiə naziri səviyyəsində söyləyir. Xalq da bu fikri ciddi şəkildə dəstəkləyir. Bölgə siyasətində çox əhəmiyyətli olan güclü bir Türkiyə ilə birlikdə Cənubi Qafqazın ən güclü goepolitik və stratejik olaraq ən güclü dövləti olan Azərbaycanın işbirliyi həm iki ölkənin siyasətinə, həm də dünya siyasətinə öz töhfəsini verəcək, mənim də düşüncəm budur. Yəni bölgənin güclü, qüdrətli iki dövləti və bir milləti.

    - İnşallah, Mehri dəhlizinin açılması ilə iki qardaş ölkə arasında quru yol əlaqəsi bərpa olunması ilə inkişaf daha da sürətlənəcək, elə deyilmi?

    - Bəli. Bilirsiniz ki, Atatürk 20-ci yüz ilin əvvəllərində Naxçıvan qapısını “Avrasiya qapısı” adlandırmışdı, demişdi ki, bu, sadəcə, bizim Azərbaycana açılan qapımız deyil, Avrasiyaya açılan qapımızdır. Türkiyə yüzillik xəyalını həyata keçirəcək. Bəzən biz bu məsələnin üzərində çox az dayanırıq. Amma Azərbaycan Qarabağ zəfərindən sonra Asiya ilə Avropa arasındakı bu quru dəhliz yolu açmaqla çox əhəmiyyətli strateji zəfərə imzasını atmış oldu.
    İndiki halda o dəhlizə nəzarətin hansı güclər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq - mən burada üçüncü dövlət olaraq Rusiyanın varlığını nəzərdə tuturam - yaxın tarixdə də, uzun vədədə də çox böyük strateji bir həmlədir, açılımdır. Bu, Azərbaycanın diplomatik bacarığıdır, Türkiyənin də ikinci Qarabağ savaşında Azərbaycana mənəvi olaraq verdiyi lojistik dəstəyin də təzahürüdür.

    - Qarabağın Rusiya sülhməramlılarının təsir zonasında olan hissəsində erməni terrorçuları hələ də mövcuddur və onların rəhbərləri son vaxtlar baş qaldırıb Azərbaycan bayrağının Xankəndində dalğalanmayacağını iddia edirlər. Siz bu proseslərin sonunu necə görürsünüz?

    - Bilirsiniz ki, erməni məsələsi mənim çalışma sahəmə aiddir, onları yaxından təqib edirəm. Mən gələcəyə nikbin baxıram. Ona görə ki, öz millətinə ən böyük zərəri vuran, amma eyni zamanda utopik xəyalların arxasınca gedərək bölgədə barışı ortadan qaldıranların kimliyi bəllidir. Azərbaycanın maddi və mənəvi olaraq böyük zərərlər vurulan bir prosesin sonucunda həm diplomatik, həm hüquqi, həm də hərbi yolla zəfər qazandığı ortadadır.

    Hər nə qədər ermənipərəst olsalar belə, bütün Qərb dövlətləri, Avropa dövlətləri də bunun fərqindədirlər. Bu, dünyada da qəbul olunan bir nəticədir ki, Azərbaycan diplomatik olaraq da zəfər qazandı, əsgəri yolla da. Ermənilərin bəyanatları da məğlubiyyəti qəbul etməklə yanaşı, çarəsiz son çırpıntılarıdır.
    Bunlar öz ictimaiyyətlərinə, erməni diasporuna yönəlik populist hayqırtılardır. Onların sözlərinin nə hüquqi olaraq heç bir qarşılığı yoxdur, görürsünüz ki, Rusiya da bölgədə onların iddialarına qarşı son dərəcədə diqqətli bir mövqe sərgiləyir.
    Ona görə də mən bu bəyanatları çarəsiz çırpıntılarla özlərini sakitləşdirmə cəhdi kimi qiymətləndirirəm. Məğlubiyyətə uğramış insanların tör-töküntülərinin o məğlubiyyətin nəticələrilə yaşamağa məhkum olacağı həqiqəti var ortalıqda.
    Azərbaycan bayrağının Xankəndində dalğalanacağı gün yaxındır. Zatən beynəlxalq hüquqa da uyğun olaraq ora Azərbaycan torpaqlarıdır. Azərbaycan humanist yanaşma ilə indiki dönəmində orada reabilitasiya prosesinin tamamlanmasını təmkinlə gözləyir. Azərbaycanın dövlət başçısı bu məsələ ilə də bağlı öz düşüncələrini beynəlxalq miqyasda dilə gətirir.
    Azərbaycan dövləti Ermənistan tərəfindən Azərbaycana 28 illik işğal müddətində vurulmuş maddi, mənəvi və mədəni zərərlərin hamısının hesabını beynəlxalq hüququn müddəalarına uyğun bir şəkildə Ermənistandan tələb edəcək, dövlət başçısı bunu bildirib. Azərbaycan zəfər qazanıb, mən bu məsələnin müzakirə olunmasını da doğru bilmirəm. Çünki ortada Azərbaycanın zəfəri var.

    - Aygün xanım, bu bir faktdır ki, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Belə olan təqdirdə Ankara Ermənistanla sərhədlərin açılmasından öncə bu ölkənin iddialarından geri çəkilməsi, yanlışları düzəltməsi tələbini ortaya qoya bilərmi?

    - Mən Zəfər paradında da iştirak edirdim və orada həm Azərbaycan, həm Türkiyə prezidentlərinin çıxışlarını diqqətlə dinlədim. Hər iki ölkənin prezidentinin çıxışında çox açıq şəkildə bir fikir, təklif var idi.
    Onlar bundan sonra regionun barış içərisində, hətta Ermənistanın da içərisində yer aldığı formatda inkişafı üçün təkliflərini irəli sürdülər və dövlətlərin adlarını sadaladılar.
    Dedilər ki, Ermənistan indiyədək öz millətinə və dövlətinə sadəcə zərər verən iddialardan və icraatlardan vaz keçdiyi təqdirdə bir dövlət olaraq bölgənin inkişafı üçün iqtisadi işbirliyi içərisində yer də ala bilər. Bu, çox açıq bir təklif idi. Ona görə də mən hər iki ölkənin dövlət rəhbərinin söylədiyi fikirləri şərh etmək istəmirəm.
    Çünki həm Azərbaycan, həm Türkiyə prezidentlərinin şərtləri çox açıq bir şəkildə ifadə etdiklərini düşünürəm. Əlbəttə, onların ifadə etmiş olduqları şərtlər qarşılandığı təqdirdə, təbii ki, həm Azərbaycan, həm Türkiyə Ermənistanla bağlı edilməsi zəruri olan addımları atacaqlar.

    - Aygün xanım, doğma Qubadlını nə zaman ziyarət etmək fikrindəsiniz?

    - (Gülərək) Əvvəla, mən sizin vasitənizlə bütün Azərbaycana təşəkkür edirəm. Mənim təyinatımdan sonra televiziyalar, saytlar, qəzetlər, sosial şəbəkə istifadəçiləri, ayrı-ayrı şəxslər çox böyük məmnuniyyətlə təyinat məsələsinin üzərində dururlar, yazırlar. Amma Qubadlıya və qubadlılılara xüsusi təşəkkürümü yazmağınızı xahiş edirəm.
    Çünki Avropada, Rusiyada, Ərəb Əmirliklərində, dünyanın dörd bir tərəfində olan soydaşlarımız, xüsusilə qubadlılılar çoxsaylı təbriklər ünvanladılar. Mən hər kəsə təşəkkür edirəm. Qubadlıya nə zaman gələcəyimi soruşdunuz. Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarla bağlı Azərbaycan vətəndaşlarına xitabını dinlədim.
    Xalqın o bölgələrə getmək həsrətini də bilirəm, başa düşürəm demişdi. Minalar təmizləndikdən sonra, dövlət nə zaman uyğun görərsə... Dövlət uyğun gördüyü an bilin ki, həmin gün təyyarəyə oturacam və Qubadlıya getmək üçün gələcəyəm.

    - Qubadlı istiqamətində sərhədlərin santimetrinədək dəqiqləşdirilməsi, Şurnuxu ətrafında yaşanan olaylar, az qala ermənilərin gözünün içərisində bayrağımızın dalğalanması hamımızı qürurlandırdı...

    - Mən sizə təşəkkür edirəm bu arada, Şurnuxunu doğru söylədiyiniz üçün. Çünki həm Türkiyə, həm Azərbaycan mətbuatında Şurnux gedirdi, sanki Azərbaycana aidiyyəti olmayan yabançı kəlmə kimi...Siz sağ olun, kəndin adını düzgün ifadə etdiniz. Bəli, mənim də uşaqlıqdan çox yaxından tanıdığım Şurnuxu kəndidir o.
    Mən çox böyük həyəcanla bütün savaş bölgəsindəki prosesləri təqib edirdim, həmçinin doğulub-böyüdüyüm o torpaqlar uğrunda gedən döyüşləri. Ən şiddətli döyüşlər Qubadlı istiqamətində getdi. Ona görə ki, strateji olaraq çox əhəmiyyətli bir bölgədədir. Qubadlı alınmadan, o bölgə işğaldan azad olunmadan nə Laçın dəhlizinin, nə də Şuşanın azad olunmasından danışmaq mümkün idi.
    Ona görə də mən qürur duyuram və fəxr edirəm. Həm Zəngəzur torpağının tarixi keçmişi səbəbiylə, həm ermənilərin 1920-ci ildən sonra ruslarla işbirliyinə gedərək, min bir oyun çevirərək, bizdən alınmış Zəngəzurun tarixi bizlər üçün əhəmiyyətlidir.
    Mənim 25 il bundan öncə “”Zəngəzur eli necə ermənilərin oldu" yazım Türkiyənin “Asgeri tarih” jurnalında çıxmışdı. Burada bir qarış da deyil, bir santimetr torpağın belə, o tərəf-bu tərəf olmaması üçün zərgər dəqiqliyi ilə işlərin görülməsi çox əhəmiyyətlidir. Mən o bölgənin insanı olduğum üçün orada hər qarış torpağın nə anlama gəldiyini çox yaxşı bilirəm.

    - Yəqin sizin evdən də əsər-əlamət qalmayıb...

    - Çəkib göstərdilər. Qonşumuz, sinif yoldaşımız dünən mənə zəng etmişdi, həm də dedi ki, bacı, bilirəm səni məyus edəcəyəm, amma bizim məhəllədə evlər darmadağındır, xarabazarlığa döndəriblər...
    Mənim şübhəm yoxdur ki, biz yenidən qurub-yaradacağıq. Düşmən bunu unudur ki, maddi zərər vura bilir, evləri uçura, körpüləri yıxa bilir. Amma mənəvi olaraq bizə aid olan mirasımıza heç nə edə bilmədiyi müharibə ərəfəsində bir daha ortaya çıxdı.
    Azərbaycan xalqının iradəsi, mənəviyyatına nə qədər sahib olduğu ortadadır. Düşmənlər mənəviyyatımızdan heç bir şey ala, dağıda bilməyib, məncə, elə zəfər də budur.

    Oxunub: 417
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.