Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir -
VİDEO
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyəyə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.
Report xəbər verir ki, təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.
Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.
Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin e dilir.
***
Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq. Təlimləri izləyəcək KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa aparılıb.