Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
  • Azərbaycanda polisi bıçaqladılar
  • Ağcabədi rayonu yenidən atəşə tutulub - RƏSMİ
  • 135 yaşında ata olması ilə SSRİ-ni şoka salan – Şirəli Müslümovun uzunömürlülük sirri
  • Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi atəşə tutulur - Müdafiə Nazirliyi
  • "Dövlət Baba torpaqları ermənidən aldı...- İndi də torpaqları “dövlət baba” işğal edir?.."- Çoban İsmixan

    • Tarix: 10-02-2021, 11:06


    Yaşadığı yerdə başına bir çarə tapmayıb. Proteksiyaçılıq, ədalətsizlik, haqsızlıq və əlacsızlıqla silələnmiş dərdini birtəhər içinə sığışdırıb birbaşa Bakıya-redaksiyamıza gəlib. Annotasiyaya belə lüzum görmədən bütün təfərrüatları öz dilindən sizlərə - oxuculara təqdim edirik. Bircə onu deyirik ki, müsahibimiz hələ də başı qeylü-qalda olan çoban İsmixandır. 

    - Özünüzü təqdim edin.

    -Ağcabədi rayonunun Avşar kənd sakini Əkbərov İsmixan Nəriman oğlu. Mən uzun müddətdirki orada  heyvandarlıqla məşğul olmuşam. Ata-babamın vaxtından orada çoban işləmişəm.

    -Harada?

    - Ağcabədi rayonunun ərazisində, Harami deyilən torpaqlarda. O torpaqda uzun müddət qabaqcıl çobanlardan biri olmuşam. Hələ Sovet dövründə Ağcabədi rayonunun “Şəfəq” kolxozunda çoban olmuşam, hər il 100 qoyuna 115 bala, hər qoyuna 4 kq-dan çox yun vermişəm. Gözəl nailiyyətlərim olub.
    Sovet höküməti dağılandan sonra da heyvandarlıqla məşğul olmuşam. Elə orada, qoyun sürülərinin saxlandığı ərazilərdə qalıb öz təsərrüfatımı davam etdirmişəm. 28 nəfərdən ibarət ailə üzvlərim də mənimlə birlikdə olub. Hətta Xocalıdan bir məcburi köçkün də 16 nəfərlik ailə üzvü ilə birlikdə mənim yanımda məskunlaşıb, üstəlik də kirvə olmuşuq.
    Hal-hazırda da mənimlə birgə orada yaşayırlar. Mən onlara arxa oldum, bu günkü günə qədər də bizimlə birgə orada heyvanlarını saxlayırdılar. Sonra da belə... Ağcabədi Rayon İcra Hakimiyyətindən gəldilər, bizə, yəni orada yaşayanlara dedilər ki, Prezidentin göstərişi var, buralardan çıxmalısınız...

    Bizdən 100 manata aldıqları torpağı 1000 manata satışa qoyublar

    - Bir az əvvələ gedib hadisəni təfərrüatı ilə danışardınız... Şəxsən kim elədi iclası? 

    -Üç il bundan qabaq rayonun o vaxtkı icra başçısı Şahin Məmmədov o ərazidə mənim kimi heyvandarlıqla məşğul olan sahibkarları toplayıb iclas elədi. Dedi ki o torpaqlar gedəcək. Orada əkinçiliklə məşğul olacaqlar. Biz sual etdik ki, yoldaş Şahin müəllim, o ərazi ta qədimdən, elə Sovet vaxtında da bizim kəndin, kolxozun örüş-otlaq sahələri olub, bəs bizim bu heyvandarlıq, sürülərimiz nə olacaq? Dedi ki, mən bilmərəm, o, dövlətin işidi. 
    Biz razılaşmadıq, inanmadıq ki, dövlət biz kənd adamlarının torpağını əlindən alar. Axı biz eşitmişik ki, dövlət də, Prezidentimiz də kənd təsərrüfatının, heyvandarlığın artırılmasını istəyir. Ona görə də “torpağımızı verməyəcəyik” deyib dirəndik. Amma onlar da dirənmişdilər və plan qururmuşlar.
    “Torpağımı verməyəcəm” deyib o dediyim iclası tərk edən kəndçimizi-fermer təsərrüfatının sahibi Elqayıt Kərimovu həbs etdirib 1 il iş verdirdilər. Bundan sonra bizlərin müqaviməti qırıldı və kimsə qorxusundan səsini çıxara bilmədi. Beləcə torpaqların yarı hissəsini ələ keçirdilər.Yerdə qaldı 45 nəfər sahibkar. Onların içində mən də vardım. 

    2019-cu ildə dövlət adından yenidən gəldilər və bizə qətiyyətlə dedilər ki, bu torpaqları boşaldıb təhvil verməlisiniz. Dedilər, ölçdülər-biçdilər, getdilər. Səhv etmirəmsə, 2020-ci ilin ya uyun, ya da iyul ayında gəldilər ki, gəlin torpağınızın pulunuzu götürün. 
    Çaşıb qalmışdıq, nə edəcəyimizi bilmirdik. Bir tərəfdən həbs olunan kənçimiz haqda düşünür, o biri tərəfdən də fikirləşirdik ki, dövlətlə dövlətçilik eliyəsi deyilik ki... Hara gedəcəyik, dərdimizi kimə deyəcəyik, nə edəcəyik?..

    Beləcə bizi çağırıb apardılar “Asan xidmət”ə. Orada bizim hər birimizə torpağımızın hər hektarına 100 manatdan pul verdilər. Öz aramızdı, 100 manata da 1 hektar torpaq olarmı? Ancaq biz qorxumuzdan dillənmədik. Təsəvvür edin, o torpaqda mən özüm artezian quyusu qazdırmışdım, o artezian üçün mənə 10 min manat verdilər. Dövlətdə isə bunun qiyməti 70 min manatdır. Yəni dövlət bir artezianı 70 min manata qazdırır. Görün bizi nə yerinə qoyublar.
    Elə bilirlər ki, çobanıq deyə heç nə bilmirik. Başqa bir misal. İndi biz harasa gedib heyvanımızı saxlamaq üçün torpaq istəyirik, hektarını 3000-4000 manata deyirlər. Hətta hazırda bizdən hektarını 100 manata aldıqları torpaqları Ağdamdan olan soğan əkənlərə 1000 manata satmaq istəyirlər. 

    - Söhbət o sizə pul verən şirkətdən gedir? Sizdən torpağı alıb başqasına satmaq istəyirlər?..

    - Bəli, həmin şirkətdən. Nail tez-tez gedib məndən şikayət edir polisə, mən də deyirəm ki, ay qardaş, qanun var, qayda var, məni o yerdən çıxartsa məhkəmə çıxartmalıdı. Mən səhv edib pulu götürmüşəm, qorxub götürmüşəm. Qaytara bilərəm, pul eləcə durur. Bizi də polislər incidir. Camatın xeyli hissəsi artıq köçüb, ancaq mən orada qalmışam.

    - Nail kimdir?

    - Nail bizdən torpağı alan şirkətin nümayəndəsidi. Dövlət adından gəldiyini deyən adam.

    - Şəxsən sizə nə qədər pul veriblər?

    - Torpağın hektarına 100 manat veriblər. Mənim 80 hektar yerim vardı, 8 min manat veriblər. Artezianada 10 min manat. İndi 10 min manata gedək görək artezian qazdırmaq mümkündürmü?

    -Artıq o arteziandan istifadə edə bilməzsiniz?

    -Yox-yox, biz oradan köçürülürüksə necə istifadə edə bilərik? Hal-hazırda hələlik oradayam, istifadə deyəndə də su isirəm, əkinim yox, biçinim yox. Bizi əkin əkməyə qoymayıblar, ancaq özləri əkiblər. Hələ üstəlik kanal da çəkiblər.

    “Azərşəkər”disə niyə çuğundur yox, taxıl, yonca əkirlər

    -Bəs onlar nə əkib?

    -Taxıl əkiblər, yonca əkiblər, hal-hazırdada soğan əkmək istəyirlər. Səpməyə hələ səpməyiblər, bizim yoncalığı əlimizdən alıb özləri yenidən yonca səpiblər. Deyirəm, əgər taxılçılıqla məşğulsunuzsa, yonca nədir? Yox, siz şəkər zavodunun adıyla gəlibsinizsə, bəs niyə şəkər çuğunduru yox, yonca əkirsiniz? 
    Bilə bilmirik ki, nə bəladır düşmüşük. Bizə köməklik lazımdır ki, cənab Prezident bizim səsimizə səs versin. Bizim torpaqlarımızı qaytarıb özümüzə versinlər.

    -Yaxşı, bayaqdan danışırsınız, ancaq demədiniz ki, dövlət adından o torpaqları almağa gələn, rayon icra başçısının da qulluğunda durduğu o hansı şirkətdir? Ölkə Prezidentinin iqtisadi siyasətinin əksinə gedərək kəndlinin torpağını məngirləyib alan, onu yer-yurdundan didərgin salan kimlərdir? Ki hətta bir rayonun inzibati resurslardan da istifadə edirlər? Sizə konkrekt demirlər ki, bu əraziləri alan kimdir?

    -Vallah deyirlər ki, “Azərşəkər”di, şəkər zavoddu-nədi, mən bilə bilmirəm. Bizə yaxınlıq verən varmı ki, biz bilək. İndiyə qədər bu məsələ ilə bağlı İcra Hakimiyyətinə gedib başçının qəbuluna da düşə bilmirik. Şahin Məmmədovdan sonra icra başçısı Rafil Hüseynov gəldi, mən onu indiyə qədər görməmişəm.
    O şirkətlə bütün işi onun müavinləri görür. Elə məni polisə verən də onun müavinidir. Adı dəqiq yadımda deyil, ya Xaliqdi, ya da Xəqani. Elə o yazıb göndərib polisə ki, biz o torpağı boşaltmalıyıq, amma boşaltmırıq. Polis məni çağıranda getdim, izahat verdim ki, mən o vaxt yeri onlara verəndə qorxumdan götürmüşəm pulu.
    Bir də mənim əslində 80 yox, 100 hektardır yerim. Polis mənə dedi ki, sənin yerin sənədsizdi, sənə heç pul düşmür. Mən də dedim 40 ildir bu torpaqdayam, mənim 61 yaşım var, 40 ildir ki, şəxsən mənə məxsusdur. 

    - Hal-hazırda neçə baş heyvanınız var?

    - Mənim 300 qoyunum, 150 də quzum var. Qapımda bir atım var, qorxumdan o ərazidə saxlamıram, kəndə gətirmişəm. And olsun allaha qorxumdan gətirmişəm. Deyirlər ki, at keçəcək onların əkdiyi taxıla,  aktlaşdırıb səni polisə verəcək, tutduracaqlar.

    - Əgər deyirsizsə “Azərşəkər”di, yəqin perspektivdə şəkər çuğunduru əkməyi nəzərdə tutublar?

    - Bilmirəm, dedilər “Azərşəkər”dir. Kimə məxsusdu mən dəqiq bilmirəm. Ancaq yonca, taxıl əkirlər.

    -Konkret  rəhbərləri, sahibi kimdi, heç eşitməmisiz də?

    - Yox bir dənə mən Naili tanıyıram. Nail də məni hardasa 10-15gün bundan öncə çağırdı getdim yanına.

    -Hara və nə üçün çağırmışdı?

    - Onun orada yeri var, vaqonları var, ofisləri var - Haramıda. Bəli orada özləri üçün qəşəng şərait qurublar. Orada onların traktorçuları, suçuları, aşbazları var, camaatı işlədirlər, “stolovoy”ları var. Nə isə, məni çağırdı getdim yanına. Dedi tələbin nədir? Dedim tələbim odur ki, mən bu qoyunu burada saxlayım. Mənim ayrı heç bir tələbim yoxdur. Çünki bir belə qoyun-quzu ilə getməyə yerim yoxdur. Dedi yaxşı, hələ ki yoncanı kübrələyirik, ona kimi qal. Sonra da... məni verdilər polisə. 
    Polis zəng edib deyir ki, Nail səndən şikayət edib, gəl. Dedim Naillə razılaşmışam. Dedilər indi də icazə vermir.

    Tikililəri yerlə-yeksan etdilər: sökməsəniz buldozerə verəcəyik dedilər

    - Sizdən başqa orada nə qədər adam yaşayırdı?

    - Əvvəllər o ərazilərdə 45 sahibkar yaşayırdı. 3-4 il bundan öncədən həmin əraziləri ala-ala gəldilər. Hazırda hardasa 15 sahibkar hələ də oradadı. Onu da gələcək üçün alacaqlar ya yox, bilmirəm. Yəni bunlar ala-ala gəlirlər.

    - Əvvəllər təqribən neçə ailə yaşayırdı orada?

    - Çox idi, lap çox, odur ki, sayını dəqiq deyə bilmərəm. Bax, erməni işğalından azad edilmiş torpaqları televizorda görürəm, Füzulidə daş üstə daş qoymayıblar, yerlə-yeksan ediblər, eləcə də Ağdamda, Cəbrayilda, Zəngilanda və s. Bax bu saat bizim o ərazilərdə də elədir: daş üstə daş qalmayıb-yerlə-yeksan ediblər.
    Bu dəqiqə bir nümayəndə göndərsəniz və çəkiliş eləsəniz, bax tikililəri o vəziyyətdə görərsiniz. Söküblər, dağıdıblar-eynən düşmənlərimizin etdiyi kimi. Camatı məcbur ediblər ki, dədə-babadan yararlandıqları, yaşadıqları torpaqlardan çıxsın, kim də getməsə, dirəniş göstərsə, verirlər polisə. “Evini sök, götür get” deyib məcbur edirlər.

    - Əgər öz evinizi özünüz sökməsəniz nə olacağını təxmin edirsiniz?

    -Bizə polis dedi ki, əgər siz sökməsəniz biz qərar çıxarıb verəcəyik buldozerin qabağına. Şəxsən mən dedim ki, sökməyəcəm, verin buldozerə.

    - Tərəflərdən kimsə məhkəməyə müraciət edibmi? Axı bu mülki problemdir?
    -Yox. Məhkəmənin bu işdən heç xəbəri yoxdur. Mən dedim onlara, bu işə qarışan yalnız icra hakimiyyəti və polisdir. İcra hakimiyyəti polisə göstəriş verir ki, onları çağırın, gözünü qırıb qorxudun, qoy köçüb getsinlər.

    - Zor tətbiq edirlər sizə? 

    - Xeyr, mən yalan deyə bilmərəm, zor tətbiq edən yoxdur. Yalnız dedikləri hazırda budur ki, tezliklə köçün, əgər köçməsəniz evlərinizi buldozerə verəcəyik.

    - Faktiki kiminsə evi buldozerə verilib? 

    -Hələ ki  yox. Çoxluq hissə bir hədə ilə onsuz da köçdü. Hamı qorxub necə qaçdısa, indi demək olarki, mən tək qalmışam. Mən də köçmürəm, demişəm, qardaş, verirsən buldozerə ver, nə vaxtsa məni hökümət köçməməyimə görə tutub içəri qoyacaq, səsim Prezidentimizə çatacaq. İnanıram ki, Prezident bizə dəstək verəcək, əgər məsləhət görərsə ki, köçək, bax onda köçərik, məsləhət görməsə qalarıq.

    İcra hakimiyyəti də, polis də onların qulluğunda durur

    - Hər şeyi Prezident etməli deyil ki. Ölkəmiz müharibədən çıxıb, qlobal siyasi, iqtisadi, geosiyasi problemlərimiz var, Prezident də ölkənin böyük miqyaslı o problemləri ilə məşğuldur. O gəlib bir rayonun bir kəndində torpaq problemi çözəsi deyil ki...

    - İcra Hakimiyyəti başçısını rayona Prezidentimiz göndərib. Özü də eşitmişəm, deyb ki, gedin xalqa xidmət eləyin. Yaxşı, onda biz yazıq neyləyək ki, Prezidentin vəzifəyə qoyduğu o başçı da, müavinləri də biz camaatın qayğısına qalmaq cəhənnəm, heç dərdimizi dinləmək istəmirlər. Əksinə, torpağımızı əlimizdən alanların, bizi quru yurdda qoymaq istəyənlərin qulluğunda dururlar. 

    Nədi, o şirkət adamlarının xətrimi deyim, gücü-qüdrətimi deyim, Prezidentin sözündən daha üstün, daha keçərlidir? Belə olan halda biz Prezidentə üz tutmayıb kimə üz tutaq? Axı orda bizi buna məcbur edirlər. İcra başçısının işçiləri-biri Xaqanidi, ya Xaliq, o biri isə Muxtar, elə bil bizim rayonun yox, “Azərşəkər” şirkətinin işçiləridi, onlarla işləyir.
    Düzdü, hələlik heç biri gəlib mənə deməyib ki, köç, ancaq haqqımda ərizə yazıb polis şöbəsinə veriblər, həm də səkkiz adamın adı ilə. Çağırdılar, gedib yazılanın saxta olduğunu dedim.
    Çünki... ölmüş birinin adını və imzasını o ərizəyə salmışdılar. Əslində cavan olsa da o yazığın ürəyini də bunlar partlatmışdı... Camaat təzyiqə, təqibə tab gətirə bilmir, hərə qorxusundan başını götürüb bir tərəfə qaçır. Bu da sizə icra aparatı işçilərinin işi.

    -Bayaq dediniz ki, hamı orda heyvan saxlayır. Elə isə o torpaqdan çıxanlar heyvanlarını hara apardı və harada saxlayır? 

    - Kimisi heyvanı bazara töküb dəyər-dəyməzinə satdı, kimisi yarısını satıb yarısını da gətirdi kənddəki qapısına, ot-ələf, yem alıb birtəhər saxlayırlar.

    - Dediyiniz və düşdüyünüz durumla heyvandarlıqdan gəlir götürmək bir az müşkül görünür...

    - Gəlir nədir, heç xərci borcunu ödəmir. Mənə imkan vermədilər torpağımı özüm əkim, əlimdən alıb özləri əkdilər. Hal-hazırda o qoyuna 3000 pres (bağ) ot, 6 ton çuğundur, 30 ton arpa almışam. Qazancımı ancaq  elə qoyunlara yedirirəm. Sürünün yarısını orada saxlayır, yarısını kəndə-qapıma gətirmişəm. Nail imkan vermir ki...

    Torpağımıza biz yox, alanların özləri qiymət qoydu

    - Bayaq dediniz ki, Nail dövlətin adından danışır, sonra da dediniz ki, “Azərşəkər” şirkətindən gəldiyini deyir. Yəni siz doğrudanmı dəqiq bilmirsiniz ki, sizin torpaqları sizdən alan kimdir, nəçidir, haradan gəlib və kimi təmsil edir? 

    - Vallah biz onu nə bilə bilərik. Gah bizə deyir ki, şəkər zavodundan gəlib, gah deyir Paşayevlərindi, gah da deyirlər ki, Mehriban xanımım özünündü.

    - Naildən başqa konkret o şirkətdən gələn kimisə şəxsən tanıyırsınızmı?

    -Bəli, biri Naildi, məndə telefonda adı da var, o biri də Davud müəllimdi, Gəncədən. Onu da o vaxt bizə pul verəndə görmüşük. Sonra görməmişik. Mən tez-tez Naili görürəm orada.

    - Bəs sizdən alınan torpağı kim qiymətləndirdi?

    -Torpagı Davudnan Nail qiymətləndirdi, ikisi.

    - Torpağın sahibi kimi siz yox, o torpağı sizdən alanlar sizin torpağa qiymət qoydular? 

    -Bəli, bizim torpağa “dövlətin torpağıdı” deyib onlar qiymət qoydular. Axı bayaqdan “bizim savadımız yoxdu” deyirəm. Bizi çağırıb “Asan xidmət”də qoydular kameranın qabağına və bizə dedilər ki, deyin torpağı verdik sizə, biz bu torpaqdan istifadə edə bilmirik. Hələ yazıb qol da çəkdirdilər. Sonra da torpağın hər hektarına 100 manatdan pul verdilər. Dedilər ki, götürün bunu, əgər kimsə götürmürsə, heç götürməsin, çıxıb getsin. Bax elə beləcə dedilər. Yazıq camaat da neyləsin, qorxusundan götürdülər.

    İcra başçısı da, şirkət işçiləri də dövlət adından danışır

    - Axı bir şirkət təmsilçisi dövlətin adından danışa bilməz. Bir şirkət təmsilçisi “bura dövlətindir” deyib başqa bir sahibkara ehkam kəsə bilməz. İnandırıcı deyil ki...

    -Vallah, o danışırdı. Bizim dərdimizi dinləməli olan icra başçısı, polis də onun dediyini deyirdisə, onun buyruğunu yerinə yetirirdisə, biz ona  necə inanmaya bilərdik. İçi mən qarışıq camaat da elə başçının və polisin onun tərəfində olduğunu görüb qorxdu. 

    - O torpaqların yeni sahibləri indi orada nə işlə məşğuldurlar?

    Lap siftə gəlib dedilər biz burada taxıl əkəcəyik, taxılçılıq yaradacağıq. İllər keçib, ancaq hələ heç nə də qurmayıblar. Mənim yonca sahəmi əlimdən alıblar. Eləcə də qonşularımın 10 hektarlarla sahələrini əllərindən aldılar. Camaat köçüb getdi. İndi həmin yonca sahələrini  özləri suvarıb elə həmin ərazini biçdirib 50 -100 min pres satacaqlar. 

    - Belə çıxır ki, ərazini sizdən komersiya məqsədi ilə alıblar? “Azərşəkər” hara, yonca hara?

    - Mən maraqlandım, dedim siz heyvandarlığı “Azərşəkər”ə görə ləğv edirdinizsə, bəs nəyə görə yenidən heyvandarlığa şərait yaradırsınız? Mənə dedilər ki, bu, dövlətin işidir, siz dövlətin işinə qarışa bilməzsiniz.

    - Hazırda siz oranı tərk etməyibsiniz, sizə İcra Hakimiyyəti və ya polisdən təzyiq, təpki varmı? 

    -Bəli var, hətta dünən-fevralın 3-də polisin müstəntiqi mənə zəng elədi, dedi ki, Nail gəlib oturub burada. Əsas orada “zamnacalnik” var, o göstəriş verir ki, gedin həll edin. Onun da adını bilmirəm. Getdim soruşdum ki, mən neynəmişəm orada? Ona ziyan vurmamışam, öz heyvanımı saxlayıram. Bunlar da istəyir ki, oradan köçəm. Dedim gərək yer tapam, yer alam ki, sonra köçəm. Deyirlər ki, siz qol çəkmisiniz ki, sentyabr ayında oranı tərk etməlisiniz.

    - Siz öhdəlik götürmüsünüzmü ki, sentyabr ayında oranı tərk edəcəksiniz?

    -Vallah elə bir şey yazmamışam. Sadəcə bizə qol çəkdiriblər, kameranın qabağında.

    -Bəs torpağın pulunu harada və necə verdilər?

    -Ağcabədi rayonunda, “Asan xidmət”in içində verdilər. Hətta pulu verəndə faizini də tutdular. Dedilər bankın xidmət haqqıdı. Biz əldən ələ pul vermirik.

    İH başçısı bizimlə yox, bir arvadla görüşdü

    - İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla şəxsən görüşə bilmədiyinizi dediniz. Amma onun da sizi yox, qarşı tərəfi dəstəklədiyini israr edirsiniz. Bu qənaət konkret nədən yaranıb?

    - Camaat olaraq üç-dörd dəfə getdik yanına, pandemiyaya görə içəri buraxmadılar. Çöldədə mikrafonla deyirlər ki, başçı yoxdu, gedibdi, karantinlə əlaqədar. 
    Sonradan bir arvad gedib girib yanına, dərdimizi deyib, o da deyib ki, indi burada nə var, sən satmısan o da alıb... 

    - Bəs torpaqlar satılana qədər necə, icra hakimiyyəti şəxsən qarışırdı məsələyə?

    -Əvvəlki İcra başçısı Şahin Məmmədovun vaxtında, icra hakimiyyətinin müavinləri, şirkətin adamları, bunlar çox idilər. Gündə 5-6 dənə CİP gəlirdilər, sahələri ölçürdülər, biçirdilər çıxıb gedirdilər. Onda bizə dedilər ki, əgər sizin camaat bu torpaqlardan qaçsaydı, müharibə 10 gün tez olsaydı, bəlkə də çıxıb gedəcəydilər...
    İndiki icra başçısı-Rafil Hüseynov gəldi. Gələn kimi deyib ki, gedin verin torpağınızı, hələ sizə hörmət edirlər. Düzdü, mən orda olmamışam, amma olanlar dedilər ki, Rafil Hüseynov deyib ki, dövlətin torpağıdı, dövlət heç sizə pul verməli deyil.

    Hamımız həbs olunmaqdan qorxurduq

    -Sizi kimi durumda olan neçə nəfər belə narazı insan var? 

    -Çoxdu, hamı narazıdı.

    - Əgər narazı idinizsə, bəs nəyə görə kamera qarşısına çıxıb razılıq bildirirdiniz?

    - Qorxumuzdan.

    -Nədən qorxurdunuz?

    -Bəs demədimmi sizə, ilk olaraq Kərimov Elqayıtı tutdular, ali təhsilli adamı, onun da heyvandarlığı vardı, biz də qorxduq... Bəli, onu bu torpağa görə həbs etdilər. Dedi siz nə danışırsınız, verməyəcəm,  bu torpaq mənim dədə-babadan qalma torpağımdı, burada ən azı 500 adam dolanır dedi və durdu iclası tərk elədi. Onu tutandan sonra məni də, hamını da tutardılar.
    İndi hələ ki, onun yerinə toxunulmayıb, onun yeri   hələ qalıb özündə. Rayonun Salmanbəyli, Xocavənd, Zəkəraylı kəndlərinin torpaqlarına hələ toxunmayıblar. 

    - Dediyinizə görə, necə deyərlər, ala-ala gedirlər?..

    - Bəli, onlar düz Qarqara qədər getməli idilər, Elqayıt Qarqarda olur, Salmanbəylinin o üzündə, ona görə onun yerinə dəyilmədi. 
    Bunlar Ağdamdan yer götürüblər, gedib Füzulidən də götürəsidilər. Bir dəfə Nail mənə dedi ki, əgər dövlət bizə məsləhət bilsə, gedib oranı da götürəcəyik.
    İndi mənim orada qardaşımın da 80 hektar torpağı var, müqaviləyə qol çəkib, amma pulunu hələ götürməyib, deyir mən  istəmirəm, pul götürmürəm, nə qayıracaqsınız? Ona da dedilər ki, onu dövlət bilər.

    - Deyirsiniz ki, Fuzuliyə, Ağdama gedirlər, belə çıxır ki, müharıbə tez olsaydı, torpaqlar tez alınsaydı sizə toxunulmazdı?

    -Bəli, mən elə bilirəm ki, onlar bizim torpağımıza gəlməyəcəkdi. Nail deyir ki, 700 hektar Ağdamdan götürmüşük, 3000 hektar da Füzulidən. 

    -Yəni artıq ehtiyacları ödənib?

    -Yox, demirlər ehtiyac deyil, deyir əgər sabah dövlət məsləhət görsə, təkrar bir də qayıdacayıq. 

    Dövlət Babaya yalvarırıq, bizim də torpağı alsın

    - Elədirsə, sormadınızmı, onların adından danışdığı o dövlət var ha, bax o Dövlət azad edilmiş o torpaqlara Böyük Qayıdış Planı hazırlayıb, o Plana bu adamların qatqısı budurmu? Yəni Ağdamın, Füzulinin əkinə yararlı torpaqlarını bəri başdan zəbt etməkdirmi? 

    - Əşi, oralarda o qədər boş yerlər var ki, yerlərə nə gəlib. Dövlətin nə qədər torpağı var. 

    -Bayaq söylədiniz ki, Nail deyir 3000 hektar götürmüşük...

    - Götürsün də, bizdən-Ağcabədidən 7 min hektar götürüblər, nə oldu, torpaq qurtardı? 

    - Nailgil götürüb?

    -Yox, Nailgil 2500 hektar götürüblər... Qalanını da... nə bilim, cürbəcür adlar deyirlər...

    - Son bir suala da cavab vermənizi istərdik: Bakıya gəlməkdə, bu müsahibəni verməkdə məqsədiniz, məramınız nədir?

    -Tək bir məqsədim var: kömək edin torpaqlarımızı geri alaq. Prezidentimiz 30 illik işğaldan torpaqlarımızı geri aldı, O indi bizə kömək etsin, biz də 3 illik işğaldan torpaqlarımızı geri alaq. 
    Onu da təəssfülə deyim ki, bu işğalçılar içimizdən olanlardır, amma... yalan deyirlər, dövlət adından işğalçı ola bilməz.
    Dövlət babadır, baba. Baba da görmüşük ki, övladını bağrına bağrına basar, yaxasından itələməz. İnanıram ki, o rayonda, o torpaqda baş verənlərdən Dövlət Babanın xəbəri yoxdu.
    Bunlar kimdi ki, qosqoca Dövlət Babanın adından gəlsinlər, onun adından danışsınlar.
    Demirlər Dövlət Babanındı torpaq? Onda mən də üzümü Dövlət Babaya tutaraq lap yalvararaq deyirəm: Biz də sənin övladınıq, sənin üçün tər tökən bəndələrdənik, Dövlət Baba, nə olar, qoy bizim də qoyunumuz otlasın o torpaqlarda. Pullu-paralı, arxalı-dayaqlı harın adamların əllərini yaxamızdan çəkməsinə kömək edin.

    Mehriban Əzizqızı,
    Globall.az

    Oxunub: 859
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.