YPX Alayının komandirinə yeni müavin təyin edilib
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti Alayının komandirinə yeni müavin təyin edilib.
Globall.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Alay komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi idi.
Oxunub: 586
Xəbəri paylaş
Paylaş: