Pakistanın Baş Qərargah rəisindən Qarabağla bağlı açıqlama
Bu barədə Report-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
General N.Raza Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin, torpaqların işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq bu münasibətlə səfirə təbriklərini çatdırıb, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib.