Şahzadə Çarlz ABŞ vitse-prezidentinin əlini sıxmayıb -
Putini isti salamlayıb
Xarici KİV-lərin verdiyi xəbərə görə, Xolokost xatirəsinə həsr olunmuş Ümumdünya Forumunda şahzadə Çarlz Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pensin ona uzadılmış əlini görməzliyə vurub, əvəzində isə Rusiya prezidenti Vladimir Putini isti salamlayıb.
Dərc olunmuş kadrlardan görünür ki, Çarlz əvvəlcə Avropa yəhudi konqresinin prezidenti və forumun təşkilatçısı Vyaçeslav Moşe Kantorla salamlaşır, sonra Pensin və arvadının yanından keçərək, yenidən İsrailin Baş naziri Binyamin Netenyahu ilə salamlaşır. Kadrda vitse-prezidentin bir anlığa Çarlza uzadılmış əli yellənir…
Almaniyanın «Bild» nəşri bunu belə təqdim edir ki, «Çarlz Rusiya prezidenti Vladimir Putini isti sadamlayıb». Rusiya prezidenti zala daxil olarkən, əvvəlcə Britaniya səltənətinin varisini görməyib. Putin əvvəlcə Fransa prezidenti Emmanuel Makronla salamlaşıb, o da Putinin diqqətini şahzadəyə cəlb etməyə çalışıb. Ancaq Rusiya prezidenti Çarlzı yalnız o zaman görüb ki, İsrail prezidenti Reuven Rivlin əli ilə Çarlzı göstərib. Bundan sonra siyasilər bir-birinin əlini çıxıblar.
Bukinhem sarayı artıq təkzib verib və ABŞ-la Britaniya arasındakı diplomatik insidenti inkar edib./Azpolitiko.info