62 partiyadan 5-i maliyyə hesabatını MSK-ya təqdim edib
Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıb.
Məlumata görə, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq ötən illə bağlı maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.
Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirə./apa
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: