Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
  • Qarabağa general Muradov gəlir - Sülhməramlılara o rəhbərlik edəcək
  • Rusiya Dağlıq Qarabağdakı əməliyyatlara zərbə və hərbi-nəqliyyat vertolyotları da cəlb edir
  • ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR!- Rus ordusu isə bölgəyə gəlir
  • Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək
  • “Aslan Məshədovun qərargahına mülki geyimdə basqın etdik…”- Rüstəm Muradovla müsahibə /FOTO

    • Tarix: 11-02-2021, 20:00



    Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-leytenantı Rüstəm Muradovu bu gün Azərbaycanda çox adam tanıyır.
    Bu da səbəbsiz deyil. General-leytenant R.Muradov Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən bölgəyə gələn Rusiya sülhməramlı qüvvələrinə komandanlıq edir.

    Hazırda Azərbaycanda xeyli populyar olan Rüstəm Muradovun hərbi əsirlərin və girovların qarşılıqlı olaraq dəyişdirilməsində, bölgədə sülhməramlı əməliyyatların aparılmasında rolu var. Əlbəttə, Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərlə bağlı istənilən məsələ hər bir azərbaycanlı üçün yüksək həssasiyyətə malik olduğundan buradakı sülhməramlı qüvvələrə başçılıq edən şəxsin kimliyi də azərbaycanlılar üçün böyük önəm daşıyır.

    Məhz bu həssaslıqdan irəli gələrək R.Muradovun 2019-cu ilin iyulunda doğulduğu Dağıstan Respublikasının Tabasaran rayonunda dərc olunan “Zori Tabasarana” qəzetinin müxbiri Zubaydat Şabanovaya vermiş olduğu müsahibəni təqdim edirik. Zənnimizcə, bu müsahibə R.Muradovu yaxından tanımaq baxımından mühüm əhəmiyyət daşıyır.
    Qeyd edək ki, müsahibə götürülərkən R.Muradov general-mayor ali hərbi rütbəsində idi.

    Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradov yaxın dostları, Mahaçqala şəhərinin hərbi komissarı Murtuzali İdrisovun, Dağıstan Respublikası Milli Məclisinin deputatı Səfər Əliyevin müşayiəti ilə Tabasaran rayonunu ziyarət edib.
    Tabasaran rayonunun girişində fəxri qonaqları rayonun başçısı Maqomed Qurbanov, Dağıstan Respublikası Milli Məclisinin deputatı Alavudin Mirzəbalayev, həmçinin, munitsipalitetin nümayəndə heyəti duz-çörəklə qarşılayıdılar. Məhsuldar iş qrafikinə baxmayaraq general “Zori Tabasarana” respublika qəzetinin jurnalistləri ilə görüşməyə vaxt tapdı.

    Rusiya Federasiyası Qəhrəmanı Rüstəm Muradov Tabasaran rayonunun Xanak kəndindəndir. Mahaçqaladakı 16 nömrəli məktəbi bitirib. O, Suvorov adına Kazan Hərbi Məktəbinin, S.M.Kirov adına Leninqrad Ali Ümumqoşun Komandanlığı Məktəbinin, Ümumqoşun Akademiyasının, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasının məzunudur. Rusiyanın müxtəlif şəhərlərində və vilayətlərində xidmət edib.

    Çeçenistandakı anti-terror əməliyyatının iştirakçısıdır. 2017-ci ildə Suriyada hərbi müşavir vəzifəsində çalışıb. Hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə 2017-ci ildə Rusiya Federasiyası Qəhrəmanı yüksək adına layiq görülüb. 2018-ci ilin dekabr ayında Cənubi Hərbi Dairəsi qoşunlarının komandanının müavini təyin edilib.

    – Rüstəm Usmanoviç, siz iki çeçen müharibəsinin iştirakçısısınız, 1996-cı ildə Yuxarı Sentoroy kəndinin, 2000-ci ildə Məshədovun qərargahının ələ keçirilməsində iştirak etmisiniz. Hərbçilər döyüş əməliyyatları barədə danışmağı sevmirlər, amma yenə də nələri xatırlayırsız, o hadisələrdən nələri unutmaq mümkünsüzdür?

    – Siz tamamilə haqlısınız, Zubaydat. Təkcə hərbçilər deyil, ümumiyyətlə, istənilən normal kişi öz fədakarlıqları barədə danışmağı sevmir. Amma bir halda ki, siz sual vermisiniz, mən ona cavab verməliyəm. Əgər qərargahın ələ keçirilməsi ilə əlaqəli o epizoddan söhbət gedirsə, bunu nə deyə bilərəm…
    Deyə bilərəm ki, gənc idim, enerjim qaynayırdı. Mən o zaman ayrıca kəşfiyyat bölüyünə komandirlik edirdim, bu bizim Buynaksk briqadamız idi. Bizim qarşımıza konkret vəzifə qoyuldu və onun icrasına ilk olaraq mənim bölüyüm yollandı. Biz Məshədovun qərargahını ciddi sənədlərlə ələ keçirdik və elə alındı ki, onun olduğu dağa ilk olaraq mən qalxdım.
    Məni standart hərbi geyimdə deyil, mülki geyimdə olmağım xilas etdi. Belə ki, yaraqlılar məni əvvəlcə özlərindən biri sandılar. Bizim aramızda təxminən 50 metr məsafə var idi və onlar mənimlə danışmağa başladıqda qəfildən anladılar ki, “onlardan deyiləm”. Mən çox güclü atəşə məruz qaldım və ağır yaralandım.
    Onlar 15 nəfər, mən isə tək idim. Yaraqlılar atəş açanda mənim uşaqlarım vaxtında gəldi və tərəzi bizim tərəfə fırlandı. Hər iki tərəf itki verdi, ancaq bizim qarşımıza qoyulan vəzifə yerinə yetirildi. Həmin anda bizim ruhumuzda nə qorxu, nə də həyəcan var idi. Bizim üçün, əsgərlər üçün bu normal təzahürdür.

    – Siz, həmçinin, Suriyanın da terrorçulardan azad olunmasında iştirak etmisiniz. Şübhəsiz ki, müharibə dağıntılar, xaos gətirir, bu, böyük bir fəlakətdir. Suriyanın necə olduğunu söyləyin – bir ölkə, insanlar, onlar həyatda necədir, suriyalıların məişəti necə qurulub?

    – Birincisi, bu bir müsəlman dövlətidir, oranın öz adət-ənənələri, davranış qaydaları var, ecazkar mədəniyyətə malikdir. Ümumiyyətlə, Suriya xalqı xeyirxah xalqdır, sahib olduğu hər şeyi paylaşmağa hazırdır.
    Qonağa münasibət, prinsipcə, bizdə – Qafqazda olduğu kimi hörmətlidir. Süfrə düzülür, yemək hazırlananadək isə sizi çaya, qəhvəyə və mateyə – yaşıl çaya bənzər çox canlandırıcı Suriya milli içkisinə qonaq edirlər. Çox xeyirxah xalqdır.
    Təəssüf ki, indi əzab-əziyyət çəkir. Siz onların öz dinlərinə, adət-ənənələrinə və mədəniyyətlərinə necə hörmət etdiklərini bir bilsəydiniz! Buna sonsuz dərəcədə heyran olmaq olar!

    – İmam Şamil deyib: “Sonu barədə düşünən qəhrəman ola bilməz”. Soruşmaq istərdim, fədakarlıq etməyə gedəndə sizdə hansı düşüncələr olur? Nəticələr barədə düşünürsünüzmü?

    – Biz ölə biləcəyimizi düşünsək, qarşımıza qoyulan vəzifəni yerinə yetirə bilməyəcəyik. Hərb sənəti ilə məşğul olan insanlar bu barədə düşünməməlidirlər. Biz mütləq tapşırığı necə yerinə yetirəcəyimizi, insanları necə qoruyub saxlayacağımızı düşünməliyik. Bu, bizim ən başlıca vəzifəmizdir.
    Sən əsgərləri tapşırığın icrasına göndərəndə, ilk növbədə komandir kimi sən onların həyatını qorumalısan. Bununla ilk növbədə sən məşğul olmalısan. Və əlbəttə, tapşırığın necə yerinə yetirilməsi də vacibdir. Tapşırıq mütləq minimum itki ilə icra edilməlidir. Mən tapşırıq yerinə yetirməyə gedərkən başıma bir iş gələcəyini heç vaxt düşünmürəm. Belə situasiyalarda heç vaxt özüm haqqında düşünmürəm.

    Mən axı bu peşəyə təsadüfən gəlməmişəm. Mən onu şüurlu şəkildə seçmişəm və nəyə getdiyimi bilirəm… Və qəhrəman doğulmurlar, döyüş meydanlarında qəhrəmana çevrilirlər, vətənini, insanları, zəiflərini qoruyarkən qəhrəman olurlar… Bu insanlar hamısı qəhrəmandır.

    – Sizin üçün ən qorxunc zamanda siz kimin üçün daha çox qorxardınız – əsgərləriniz, ailəniz, yoxsa özünüz üçün?..

    – Əgər bir insanın qəlbində tamamilə qorxu yoxdursa, deməli o, canlı varlıq deyil. Təəccüblü deyil ki, bizdə özünüqoruma instinkti inkişaf edib. Ancaq biz, hərbçilər, bu barədə mütləq danışmamalıyıq, xüsusilə göstərməməliyik.
    Əlbəttə, ailəniz, övladlarınız, tabeliyinizdə olanlar üçün qorxu ola bilər. Yenə də qeyd etmək istəyirəm (məni düzgün başa düşməyinizi istəyirəm): bu barədə yalnız tapşırıq artıq başa çatdıqda düşünürsünüz.
    Nə ola biləcəyini yalnız uğurla başa çatan əməliyyatdan sonra dərk edirsən. Burada bir faktı da nəzərə almaq lazımdır; əgər insanın qəlbində hansısa qorxu varsa, ona mane olacaq və tapşırığı yerinə yetirə bilməyəcək.

    – Biz sizin dəfələrlə çətin situasiyalara düşdüyünüzü eşitmişik – qumbaraatan atəşinə düşmüsünüz, dəfələrlə ölümdən dönmüsünüz, həmçinin, təyyarə hadisəsi...

    – Bəli, ağır hadisələr çox olub. Təyyarə hadisəsi ilə bağlı məsələyə gəldikdə isə onda Suriyaya iki təyyarədə hərbçi göndərmək qərara alınmışdı. Mən mütləq birincidə uçmalı idim. Məni o təyyarənin göyərtəsində olmaqdan tam təsadüf qurtardı. İlk təyyarə qəzaya uğradı. Təəssüf ki, biz insanlar itirdik.
    Əlbəttə, sonra nəticələri düşünürsən, xatırlayırsan, analiz edirsən. Səninlə bağlı nəsə dəhşətli hadisənin baş verə biləcəyini hiss etdiyiniz zaman qəlbiniz üçün ağır olur. Bu an ailənizi, valideynlərinizi düşünürsünüz…

    – Rüstəm Usmanoviç, bir qədər də ailə haqqında danışaq. Generalımız evdə necədir? Onun ən sevimli yeməyi hansıdır? Həyat yoldaşınız xəngəl bişirir?

    – Evdə evdaram (gülümsəyir). Həyat yoldaşım tabasaranlıdır. O, təbii ki, xəngəl də daxil olmaqla çox dadlı xörəklər bişirir. Bir çox dağıstanlı kimi, xəngəl bizim ailəmizin də ən sevdiyi xörəklərdən biridir.

    – Qonaqlarla tez-tez görüşürsünüz?

    – Qonaqlara gəldikdə, demək istəyirəm ki, valideynlər bizə qonağı hörmət etməyi, qəbul etməyi və hörmətlə yola salmağı öyrədiblər. Mən indi bunu öz uşaqlarıma öyrədirəm. Bu mütləq qanda olmalıdır.
    Evdə olanda həmişə qonaqlarım olur. Özləri də gəlirlər, mən də çağırıram. Hələ iki akademiyada oxuyanda da məşğələlərdən sonra xidmət yoldaşlarınm, dostlarım, sinif yoldaşlarım həmişə mənim qaldığım yerə toplaşırdılar. Onlar hamısı mənim yanıma gəlməyi sevirdilər… (gülümsəyir), çünki dadlı Dağıstan milli yeməklərinin dadına harda baxa biləcəklərini, süfrənin hər zaman harada qurulduğunu bilirdilər.

    – Uşaqlar barədə bir qədər məlumat verin.

    – Mənim iki qızım və dörd oğlum var. Hamısı öyrənir: kimisi orta məktəbdə, kimisi ali məktəbdə. bəziləri universitetdə. Onlarla bağlı hər şey yaxşıdır.

    – Biz sizin çox sərt və tələbkar olduğunuzu eşitmişik. Orduda nizam-intizamı təmin etmək çətindir?

    – Prinsipcə, siz tamamilə haqlısınız. Mən tabeliyimdə olanlara və hər şeydən əvvəl özümə qarşı sərt və tələbkaram. Əgər özünüzə qarşı tələbkar deyilsinizsə, başqalarından necə iş tələb edə bilərsiniz? Nizam-intizam birinci yerə olmalıdır, özü də təkcə orduda yox.

    – Oxucularımıza nə arzu etmək istərdiniz?

    – Mən Dağıstanı, öz xalqımı çox sevirəm. Özümü kiçik vətənimdə tapanda elə bir hiss olur ki, sanki böyük ailəmlə əhatə olunmuşam. Fürsətdən istifadə edərək, rayona dəvət etdiyinə və xalqımızla ünsiyyət qurmağına imkan yaratdığına görə, Tabasaran rayonunun başçısı Maqomed Sirajudinoviç Qurbanova təşəkkür etmək istəyirəm.
    Tabasaran rayonunun yubileyi ərəfəsində bizim bütün tabasaranlılara və rayonumuza sülh və xeyir diləyirəm. İnsanlar xoşbəxt, ailələrdə rahatlıq olsun, Tabasaran çiçəklənsin və Dağıstanın üzərində aydın, dinc səma olsun.

    – Rüstəm Usmanoviç, söhbət üçün vaxt tapdığınız üçün təşəkkür edirəm. Sizi Tabasaran rayonunun yubiley tədbirlərində görəcəyimizə ümid edirik.

    – Siz də sağ olun. Əlbəttə, görüşəcəyik. Bu bizim sonuncu görüşümüz deyil.






    Oxunub: 535
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.