Türkmənistan prezidenti oğluna yüksək vəzifə verdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdar Berdiməhəmmədovu baş nazirin müavini təyin edib.
Bu barədə “İnterfax” məlumat yayıb.
Prezidentin oğlu dövlət idarəetmə sistemində rəqəmsallaşdırma, innovativ texnologiyaların tətbiqi, maliyyə, iqtisadi sektorda və sosial sahədə məsul olacaq.
O, həmçinin Türkmənistan Ali Nəzarət Palatasının sədri, Dövlət Təhlükəsizlik Şurasının üzvü təyin olunub.
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: