"Rusiya və Çin Belarusun strateji tərəfdaşıdır"-
Lukaşenko
Rusiya və Çin Belarusun strateji həmkarları olaraq qalacaqlar.
Bu barədə fevralın 12-də Belarus prezidenti Aleksandr Lukaşenko 4-cü Ümumbelarus Xalq İclasında (ÜXİ) bəyan edib.
«Bununla yanaşı biz, Rusiya ilə ittifaq kursunun yaradılması və avrasiya inteqrasiyası kursunu dəyişməz tuturuq. Qardaş Rusiya və böyük Çin bizim strateji həmkarımız olaraq qalacaqlar və həm də yalnız iqtisadi həmkar yox» - prezident qeyd edib.
Lukaşenko həm də bildirib ki, Belarus suveren dövlət olaraq, əvvəlki kimi, dünyada bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. O, xatırladıb ki, ÜXİ iştirakçıları ölkənin beşillik üçün sosial-iqtisadi inkişaf proqramının müddəalarını bəyənirlər və qeyd edib ki, Belarusun iqtisadi modelinin sosial oriyentasiyası dəyişməz qalacaq.
«Forum dəyərlər və prioritetlər sisteminin saxlanması istiqamətində cəmiyyətin yüksək sorğusunu göstərdi» - Lukaşenko əlavə edib.
Xaırladaq ki, fevralın 11-12-də Belarusda 4-cü Ümubelarus Xalq İclası keçir. Onun gedişində Aleksandr Lukaşenko dəfələrlə qeyd edib ki, Rusiya bu respublikanın strateji həmkarıdır. Bundan başqa, Belarus XİN-nin başçısı Vladimir Makey ölkənin inkişafının xarici-siyasi konsepsiyasına baxılmasını və neytrallığa can atmaqdan imtina olunmasını təklif edib.
Globall.az