Britaniyalı Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsinin yeni prokuroru seçildi
Böyük Britaniyanın nümayəndəsi Kərim Xan (Kərim Əsəd Əhməd Xan) qarşıdakı doqquz ilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru seçilib.
Xarici KİV-lər yazır ki, seçkilərin birinci turunda namizədlərdən heç biri prokuror seçilmək üçün lazım olan 62 səsi yığmağı bacarmayıb. İkinci turda Xan 72 səs toplayıb.
Xandan başqa bu vəzifəyə daha üç namizəd iddialı idi: İrlandiya nümayəndəsi Ferqal Qeynor, İspaniyadan Karlos Kastresana və İtaliyadan Françesko Lo Ulaşma.
Xan bundan əvvəl BMT Baş Katibinin köməkçisi, xüsusi müşaviri, Birləşmiş Millətlər Təşkilatının İŞİD-in İraqda törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üzrə İstintaq Qrupunun rəhbəri olub.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) - Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunaldır. ICC beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.