Ermənistanda koronavirus:
son bir gündə 192 nəfər yoluxub, 2 nəfər ölüb
Ermənistanda son sutkada 192 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.
“Sputnik Armenia”yanın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169022-yə çatıb.
Son sutka ərzində koronavirusdan daha 2 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3140-a çatıb
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: