Əfqanıstanda avtomobil partladılıb, 5 polis əməkdaşı ölüb - YENİLƏNİB
Əfqanıstanın Kunar vilayətinin Çapa Dərə rayonunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 5 polis əməkdaşı ölüb.
“TRTHaber” xəbər verir ki, bu barədə vilayət məclisinin üzvü Din Məhəmməd Fazli bildirib.
Onun sözlərinə görə, bombanı “Taliban” qruplaşması üzvləri yerləşdirib.*** 11:52Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində 12 polis əməkdaşı yaralanıb.
“Hurriyet” xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen bildirib.
Sözçü hücumun səbəbinin məlum olmadığını bildirib.Hadisənin məsuliyyətini heç bir silahlı qruplaşma üzərinə götürməyib.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: