İran diplomatı İstanbul aeroportunda belə həbs edildi - İran XİN-dən reaksiya /VİDEO
Türkiyənin “TRT” televizya kanalı terrorda iştirak etməkdə günahlandırılan iranlı diplomat Məhəmməd Rza Nasirzadənin İstanbul Hava Limanında saxlanılma görüntülərini yayıb.
“Daily Sabah” xəbər verir ki, İranın istanbul Baş Konsulluğunun əməkdaşı 43 yaşlı Məhəmməd Rza Nasirzadə İranın keçmiş kəşfiyyat məmuru, Türkiyəyə sığınmış Məsud Moləvi Vərdəncaninin öldürülməsində iştirakda təqsirli bilinir.
Məsud Moləvi İranın keçmiş kəşfiyyat məmuru olub. O, Türkiyəyə köçəndən sonra internetdə İran rəsmilərinin korrupsiyaları barədə ifşaedici məlumatlar paylaşıb.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş:





















