PKK 13 mülki Türkiyə vətəndaşını qətlə yetirib -
VİDEO
“Haber Global” xəbər verir ki, bununla bağlı ölkənin müdafiə naziri Hulusi Akar açıqlama verib.
O bildirib ki, İraqın şimalında təşkil olunan “Pəncə Qartal - 2” antiterror hərəkatı zamanı 13 nəfər silahsız mülki vətəndaşın meyiti aşkarlanıb. Onlar terror təşkilatı tərəfindən əsir alınaraq qətlə yetiriliblər.
Əməliyyatlar zamanı həmçinin 48 terrorçu öldürülüb, ikisi isə sağ olaraq ələ keçirilib.
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: