“Terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarladıq”-
Hulusi Akar
“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.
H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.
“Beləcə terrorçuların xain və qatil üzü ilə bir daha sübut edildi”, - deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay, Türkiyə PA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fəxrəddin Altun, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov 13 Türkiyə vətəndaşının şəhid olması ilə əlaqədar başsağlığı veriblər.