DİN "uçastkovı" ilə bağlı araşdırma başlatdı -
VİDEO
Yasamal rayonu Şixəli Qurbanov-19 ünvanında fəaliyyət göstərən bərbərxanada qeydə alınan və kadrlarda polis əməkdaşının qadına qarşı zorakı hərəkətini əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyilib. Nazirlik araşdırmanın nəticəsindən asılı olaraq əmələ qiymət veriləcəyini bildirib.
Qeyd edək ki, sözügedən videoda 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubad oğlu Qubadovun bərbərxanada işləyən qeydiyyatçı xanıma maska taxmadığına görə cərimə yazmaq istəməsi, qadının buna etirazı zamanı isə ona qarşı zorakılıq etməsi əks olunub.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: