Sabahdan ali məktəblərdə ənənəvi tədris bərpa edilir
Fevralın 16-da ali və orta ixtisas müəssisələrində, eləcə də praktiki məşğələ tələb edən ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunacaq.
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd deyib.
“Fevralın 16-dan praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və fiziki iştirak tələb edən fənlər və ixtisasların əvvəlcədən müəyyən olunmuş cədvəl üzrə tədrisi (yaradıcılıq, tibb və mühəndislik) ənənəvi formada bərpa olunacaq”, – o bildirib
Oxunub: 467
Xəbəri paylaş
Paylaş: