ABŞ ordusu Suriyada yeni baza tikir -
KİV
«İslam Dövləti» (İD) terrorçu qruplaşması ilə mübarizə üzrə Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılq etdiyi koalisiya Suriyanın şimalında yeni hərbi baza quraşdırmağa başlayıb.
Bu barədə fevralın 14-də Səudiyyə telekanalı «Əl-Hadath» xəbər verib.
Kanalın məlumatına görə, yeni baza Suriyanın Türkiyə və İranla sərhədinin yaxınlığında yerləşən rayonda tikiləcək. Bildirilir ki, yeni obyektin ucaldılması Ayn-Davar yaşayış məntəqəsinin yaxınlığında (Suriyanın şimal-şərqindəki Hakase əyaləti) həyata keçirilir. «Əl-Hadath» təsdiqləyir ki, ötən bazar günü bu rayona ABŞ koalisiyası avtokarvanından ibarət 50 yük maşını yola düşüb. Karvan İraq ərazisindən Hakase əyalətinə çıxıb.
Ötən ay Yaxın Şərqdəki ABŞ ordusu növbəti yenidənqruplaşma aparıb və İraqdan Suriyanın şimalına 200 hərbçi göndərib.
Dəməşqdəki hərbi mənbələrin məlumatına görə, ABŞ hərbçilərini yanvarın 21-də vertolyotlarla Əş-Şəddadi (Hakase əyaləti) yaşayış məntəqəsinə və Suriyanın böyük neft yataqlarının yerləşdiyi «Əl-Omar» rayonuna (Deyr-əz-Zor əyaləti) çatdırıblar.
Ötən ilin sentyabrından başlayaraq, ABŞ silahlı qüvvələri Suriyanın şimal-şərqində öz bazalarını möhkəmlədir və oraya İraqın şimalından əlavə zirehli texnika və hərbi yüklər tullayır. Əraziyə ağır texnika və örtülü yük maşınları karvanı göndərilir.
Bölgədən həm də məluatlar gəlir ki, Rusiyanın Suriyadakı ordu qruplaşması bu ölkənin şimal-şərqinə əlavə qüvvələr tullayır. Bildirilir ki, Rusiya hərbi iştirakını Qamışlı şəhəri rayonunda gücləndirir. Bu rayon «Suriya Kürdüstanı»nın qeyri-rəsmi paytaxtı hesab olunur. Rusiya SQ şəxsi heyəti və zirehli texnikası Qamışlının cənub-qərbindəki aeroport rayonunda dislokasiya olunub.