Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Trampdan LGBT fərdləri ilə bağlı gözlənilən qərar
  • Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı- 86 kişi, 11 qadın
  • Matviyenko: “Müasir dünya qəddar kişi siyasətindən bezib”
  • Tiflisdə cinsi azlıqların qiyamı: Transgender qadın özünü yandırdı
  • Gəncə terroru zamanı ölənlərdən 3-ü azyaşlıdır - Daha 2 uşaq itkin düşüb
  • Sokratların Mamed oğulları

    • Tarix: 16-02-2021, 09:23


    Düşünün, adi parçaya bürünmüş, üst-başı kirli, saçı saqqalına qarışmış Sokratın, Aristotelin, Platonun küçələrini gəzdiyi ölkədəsiniz. Bu kişilər dayanmadan, durmadan əxlaq məsələlərini müzakirə edirlər və həqiqətən də özlərindən əvvəlki əxlaq qaydalarına baxanda, daha tərəqqipərvərdirlər. 

    Bu kişilərin və stoaçıların qadın-kişi münasibətlərinə bəzi yanaşmaları tarixin sonrakı mərhələsində həm qadından, həm də kişidən bir-birinə cinsi sədaqət tələb edən xristian əxlaqının formalaşmasına ciddi təsir edəcəkdi. Bu filosofların ölkəsində onların müasirləri olan çinlilər kimi cariyə sistemi yoxdur, ailə eynilə bizimki kimi monoqamdır.


    Burada evlilik, qadın üçün – məhdudiyyətlər, qanun-qayda, ənənələrə əsaslanan cəzalarla nəzarət altına alınmaq, kişi üçünsə yalnız ona qanuni varisləri verəcək birini müəyyən etmək deməkdir.

    Antik dövlət adamı və natiq Demosfen, ona aid olduğu güman edilən “Neeraya Qarşı” adlı müdafiə mətninin sonundakı çox məşhur aforizmində deyirdi: “biz, həzz üçün fahişələrə, gündəlik baxımımız üçün məşuqələrə, qanuni soyumuz və yuvamızın sadiq qarovulçusu üçün də arvadlara sahibik”. Lacey də “Klassik Yunanıstanda Ailə” əsərində belə bir sıralama təqdim edir: “Bir fahişə ancaq həzz verə bilər, sevgili gündəlik həyatla bağlı zövqlər. Ancaq əsas statusa bağlı olan bəlli funksiyanı, yəni qanuni uşaqları vermək və ailə qurumunu davam etdirmək funksiyasını yalnız qanuni arvad yerinə yetirə bilər”.

    “Neeraya Qarşı” mətnində rastlaşdığımız ifadədən, eləcə də “Klassik Yunanıstanda Ailə” əsərindəki sıralamadan aşkar şəkildə görünür ki, bu sistem, bir tərəfdən qanuni arvad prinsipini önə sürür, o bir tərəfdən də həzz mənbəyini birmənalı olaraq ər-arvad münasibətlərindən kənar bir yerə yerləşdirir. Bu sistemdə evlilik, cinsi əlaqəylə ancaq artım funksiyası üçün qarşılaşır və kişilər üçün cinsi əlaqədəki həzz məsələsi ilə evlilikdən kənarda maraqlanır. Dolayısıyla, ərə qanuni və xoşbəxt bir nəsil verməkdən başqa, cinsi əlaqələrin evlilik həyatında problem yaratmasına heç bir əsas yoxdur.

    Fəqət qadınlar arvad olaraq, hüquqi və içtimai statuslarına bağlıdırlar, bütün cinsi münasibətləri evlilik əlaqəsi daxilində baş verməli və tək partnyorları ərləri olmalıdır. Qadınlar ərlərinin iqtidarı altındadırlar, ona varis və vətəndaş olacaq uşaqlar verməyə borcludurlar. Qadın zina edərsə, içtimai ibadətlərdə iştirak haqqını itrir. Demosfenin dediyi kimi: “Qanun, qadınların namuslu (sophronien) qala biləcək, əsla qəbahət etməyəcək, yuvanın sadiq qarovulçusu olacaq qədər güclü qorxu duymalarını istəyir”. Bu vəzifələrini yerinə yetirmədikləri təqdirdə onlara həm ərlərini itirəcəkləri, həm də şəhər-dövlətin ibadətlərindən kənarlaşdırılacaqları haqda xəbərdarlıq edir. Yəni zinakar qadını həm icma, həm də əri tərəfindən cəza gözləyir.

    Fəqət kişilərin yalnız qanuni arvadları ilə cinsi əlaqədə olmaq kimi bir məcburiyyətləri yoxdur. Kişi başqa bir qadınla əlaqədə olarsa, burada kişinin günahı qadına deyil, onun ərinə, yaxud atasına yönəlir. Yəni belə vəziyyətdə problem cinsi əlaqəyə girən qadınla kişi arasında yaranmır, cinsi əlaqəyə girən kişi ilə, qadının əri yaxud atası arasında, daha dəqiq desək, qadının sahibi arasında yaranır. Çünki qadın onların iqtidarı altındadır, kölədən bir pillə yuxarıdadır.

    Zina yalnız qadın tərəfindən edilərsə, evlilik münasibəti sona çatır. Bir əlaqənin günah olmasını müəyyən edən amil qadının evli olmasıdır, kişinin deyil. Çünki qadın ərinə aiddir, kişi isə özünə. Evlilik heç bir halda cinsi həzz məsələsində problem predmeti deyil. Evliliyi təhdid edən, kişinin orada-burada alacağı həzz yox, evdə işğal edilən yer və birinci olmaq məsələsində arvad və digər qadınlar arasında baş verə biləcək rəqabətdir. “Sadiq ər”, evlilikdə bir başqa qadından alınacaq həzzdən imtina edən deyil, arvadına evliliyin verdiyi üstünlükləri axıra qədər verəndir. Qadına bəxş olunan əsas sədaqət, bir də kişinin evlilikdənkənar uşağa sahib olmamasıdır.

    Bəs qadın qanuni uşaq dünyaya gətirməkdən başqa, daha nəyə lazımdır?

    Ümumiyyətlə, istər Aristotel, istər Platon, istərsə də Ksenefon qadın və ailə məsələsinə həmişə iqtisadiyyatla bağlı mövzu üzərindən aydınlıq gətirib. Bu da evliliyin xarakterinə uyğundur, çünki evlilik təməldən mülkiyyətin birləşməsi üçün qurulan ittifaqdır.
    Ksenefon “İqtisadiyyat haqqında” əsərində belə yazır: “Bir adamın evi sahib ola bildiyi hər şeydir”.

    Mülk sahibinin bütün şəxsi və içtimai üstünlükləri, “iqtisad” sənətinin əsas göstəricisi olan bir məsələdə toplanır – mülkü idarə etməkdə. Sokrat, “Xatirələr”də (Ksenefon “Xatirələr”) həmsöhbətinə də belə deyir: “Yaxşı eşikağasına diqqət elə, çünki şəxsi işlərin görülməsi içtimai işlərin görülməsindən ancaq həcminə görə fərqlidir, qalanı bir-birinə bənzəyir; içtimai işləri idarə edənlər, şəxsi işlərin idarəedicilərinin istifadə etdiklərindən fərqli adamlar istifadə etməzlər, adam işlətməyi bilənlər, şəxsi işlərini də, içtimai işləri də yaxşı idarə edərlər”.

    Qadın, evin sahibəsi qismində mülkün idarə olunması üçün təməl şəxsiyyətdir. Sokrat, Kritobula, “arvadına həvalə etdiyin işlərdən daha əhəmiyyətli işlər həvalə etdiyin başqa biri varmı? Mən ailə üçün yaxşı şərik olan bir qadının, şəriklik maraqları baxımından kişi qədər əhəmiyyət daşıdığı fikrindəyəm… Bütün işlər yaxşı görülərsə, ailə zənginləşər, pis görülərsə, məhvə üz tutar”, deyir.

    İstər əxlaq fəlsəfəçilərinin yanaşmasından, istərsə də sistemdən görünür ki, qadının demoqrafik artım xidmətindən sonra ikinci vacib funksiyası, kişinin əmlakını idarə etmək, onu qorumaqdır. Sokratın dili ilə desək, “eşikağalığıdır”.

    Çünki qədim yunanlarda evliliyi zəruri edən digər ciddi amil də sığınacaq anlayışı idi. “İnsana bir sığınacaq lazımdır. Soy – ailəyə zaman anlayışını, sığınmaq isə məkan anlayışını verməkdədir… Sığınacaq eyni zamanda qazancın toplandığı, yığıldığı, gizlədildiyi yerdir. Kişi çöldən bir şey gətirməli, qadın evdə onu qorumalıdır. Sonra ailə – sığınacaq həm də insan yaşlananda uşaqlarından dəstək alması, onlardan qayğı görməsi üçün lazımdır.

    Bəs bu sistemdə qadının mükafatı – təskinliyi nə olmalıdır?

    Bu sistemdə kişilərin qadınlarını başqasıyla dəyişməməsi qətiyyən müzakirə olunmur. Ailənin əsas dayağı olan qadının digər qadınlardan fərqi, bəlkə də üstünlüyü dəqiqliklə göstərilir. Qadınlar, xüsusilə, yaşlananda, gözəlliyini gəncliyini itirəndə Foucaulta qəribə gəlsə də, bizə qəribə gəlməyəcək bir mükafatla mükafatlandırılırdı.
    Onun mükafatı ailəni idarə etmək idi. Bizdəki kimi, hər kəsi izləyəcək, nəzarət edəcək. İşomax arvadına “ən böyük həzzi dadacağın an, məndən daha yaxşı olduğunu göstərərək məni xidmətçin vəziyyətinə gətirəcəyin, yaşın irəlilədikcə evdə daha az hörmət görəcəyindən nəinki qorxmaq, əksinə, ərin tərəfindən bir şərik, uşaqların tərəfindən bir ev xanımı olaraq daha çox hörmət görüb evdə daha çox şərəfləndiriləcəyindən əmin olacağın andır”, – deyirdi. (Burada kiçik bir replika edim, bizim anaların da ən böyük həzz daddığı an, övladlarının şəxsi işinə müdaxilə etdikləri andır.)

    Burada kişinin sədaqəti arvadın digər qadınlardan üstünlüyünü zədələməməkdir. Kişinin sədaqəti daha çox evdə qadına verdiyi sərbəstlik, uşaqları idarəetmə haqqı ilə bağlıdır.

    Hətta Aristotel “Evdem Əxlaqı”nda yazır ki, bir heykəli seyr edərkən, ya da bir musiqini dinləyərkən eşqlə məşğul olmaq həvəsini, zövqünü itirəcək səviyyədə özündən keçən kişi, ya da başdan çıxaran qadınların toruna düşənlər ölçüsüzlükdə günahlanmazlar. “Böyük Əxlaq” əsərində isə o, qeyd edir: “Şübhəsiz, qadın kişinin köməkçisidir və hər zaman belə qalacaq.”

    Foucault da haqlı olaraq Aristotelin bu kimi yanaşmaları haqqında “bunun kişilər tərəfindən və kişilər üçün yaradılmış bir kişi əxlaqı olduğunu hər zaman xatırlamalıyıq”, – yazır.

    Platona görə evli bir kişinin cinsi məsələlərdə özünü məhdudlaşdırmasının səbəbi arvadı ilə olan münasibəti deyil. Yəni bir kişi yaxşı bir mövqeyə sahib olmaq üçün, bolluğa çatmaq üçün, cəmiyyətdə güvən qazanmaq üçün bir evi idarə etmək məcburiyyətindədir.

    Qədim yunanların bu əxlaq düşüncəsi, kişilərə daha çox haqlarını, güclərini, nüfuzlarını və azadlıqlarını tətbiq edəcək üfüqlər açırdı. Onların qanunları qadına yalnız məşuqəlik statusunda azadlıq verirdi. Əks təqdirdə qadınlar, çox ciddi qadağalara tabe olmaq məcburiyyətində qalırdılar.

    Nəhayət, qısaca yunanlarla ailə-cinsi münasibətlərdəki fərqli tərəflərimizə gələk.

    Əvvəla, qədim yunanların bizdən əsas fərqləri o idi ki, hələ 2500 il əvvəl onların kişiləri evlənərkən arvad seçmək məsələsində daha sərbəst idilər. Sözü gedən mətndə Nikomax arvadına belə deyir: “Səninlə niyə evləndim və ailən səni mənə niyə verdi? Çünki mən, öz adıma, ailən də sənin adına…” Mətndən göründüyü kimi kişi öz adından çıxış edir, ailəsi onun adından çıxış etmir. Bizdə isə bu istisna az-az hallarda pozulur. Seçim edərkən kişinin də adından ailəsi danışır.

    İkincisi, qədim yunan ailəsində makiyaj ciddi tənqid olunurdu, aldatmağa cəhd və ədalətsizlik kimi qiymətləndirilirdi.
    Ən əsas fərqimiz isə başqa və daha geniş yazı mövzusu olduğu üçün burda geniş yer vermədiyim homoseksuallıqdır. Kitabın ümumi mənzərəsindən və Platonun həm öz dilindən, həm də Sokratın dilindən yazdığı əsərlərdə də aydın şəkildə görünür ki, bizdən fərqli olaraq, qədim yunan kişilərinin birinci cinsi zövq mənbəyi öz həmcinsləri idi. Bizdən fərqli olaraq deyirəm, çünki cüzi istisnaları saymasaq, bizim yazılı mənbələrdə və yenə son iyirmi ili nəzərə almasaq, həyatımızda bu fakta aşkar şəkildə rast gəlinmir. Cəmiyyətimiz homoseksuallığı müsbət hal kimi qəbul eləmir. Amma bu bizim dini görüşümüzlə əlaqəli deyil. Osmanlı tarixində, Əfqanısanda, İranda, Misirdə bu tip həyat tərzinin ciddi ənənələri məlumdur.

    Kürd əsilli iranlı yazıçı Zeynalabdin Marağayi “İbrahimbəyin səyahətnaməsi” əsərində yazır: “on yeddi-on səkkiz yaşlı gənc dükançı oğlanın ətrafında milçək kimi toplaşan adamları görüb, “şəkər satanın müştərisi bol olar”, – fikirləşdim. Sonra gördüm ki, bir nəfər kənarda durub, əlində də dəftər-qələm. Elə bildim, rəssamdır və oğlanın rəsmini çəkir. Sonra öyrəndim ki, bu kişi şairdir, oğlana şeir yazır. Bu oğlan bir az gözəl olduğu üçün bütün şəhərdə ad çıxarıb, hamı onu barmaqla göstərir. Şeir yazmaq üçün kişi şairlərin hər saatdan bir, biri gedib, biri gəlir…”

    Digər roman isə Misir yazıçısı Nəcib Məhfuzun “Midak Küçəsi” romanıdır. Romanın qəhrəmanlarından olan ata, şirkətdə birlikdə işlədiyi qızla evlənmək istəyən oğluna əsəbləşərək “İstədiyin qədər xərcləməyə pulun var. Gedib əsrarkeşlərlə, oğlanlarla əylənə bilərsən”, – deyir.
    Hər iki romandan görünür ki, istər İranda, istər Misirdə XIX, XX əsrlərdə qədim yunanlardakı ənənə davam etməkdə idi.

    Həm yunanlarda, həm iranlılarda, yaxud misirlilərdə oğlanlara maraq, mənim fikrimcə, qadının hansısa kişinin (ata, yaxud ər) iqtidarında olmasından irəli gəlir. Burada namusu ləkələnən qadın deyil, qadının sahibidir. Yunan əxlaqından da aydın göründüyü kimi, kişi kimsəyə məxsus deyil, özünə məxsusdur, bu da onunla davranışda kişilərə sərbəstlik verirdi.

    Sondakı əlavəni çıxsaq, küçələrimizdə çirkab içində gəzən Sokratımız, tribunalarda nitq söyləyən Demosfenimiz və onları yetişdirəcək mühitimiz olmasa da, biz ailə həyatımızı 2500 il əvvəlki yunanlar kimi yaşayırıq… Təəssüfmü, alqışmı?

    Qeyd: Mətndə, Michel Foucaultun “Cinsəlliyin tarixi” kitabındakı faktlardan istifadə olunub.

    Oxunub: 475
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.