Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün
  • Prezident Saatlının icra başçısını işdən çıxardı - SƏRƏNCAM
  • İcra başçısı bacanağını özünə köməkçi təyin elədi
  • Daha bir icra başçısı işdən çıxarıldı
  • “HAMISI RÜŞVƏT PULLARIDIR!” – Deputat 450 minlik maşın alan Qazaxın İH başçısını və... /İTTİHAM
  • İki rayonun-Tərtərin və Qazaxın icra başçısı həbs oluna bilər - Danışan FAKTLAR

    • Tarix: 16-02-2021, 10:56



    Son 1 il ərzində Azərbaycanda 7 rayonun icra başçısı həbsə göndərilib. Bununla belə, hələ də qanunsuzluq edən həmkarlarının taleyindən nəticə çıxarmayanlar var. Bir sıra rayonlarda çox ciddi problemlər də qalmaqdadır. İcra başçıları dövlət büdcəsindən əhalinin sosial durumunun yaxşılaşdırılması üçün ayrılan məbləğləri müxtəlif yollarla nəğdləşdirməklə öz biznesinə xərcləyir, torpaqların ələ keçirilməsi də adi korrupsiya hallarıdır.

    Azpolitika yazır ki, Tərtərdə baş verən hadisə icra başçısı Müstəqim Məmmədovun sonunu gətirə bilər. Belə ki, Tərtərin İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var. Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib”. Məlumatda qeyd olunur ki, bu hadisələrdən şoka düşən başçı günlərdir özünə gələ bilmir.


    Müstəqim Məmmədov

    Qazax rayonunda da durum fərqli deyil. 2016-cı ilin mayında Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Rəcəb Abbas oğlu Babaşov fəaliyyətinin ilk ilində ona göstərilən etimadı doğrulda bilmişdi. İcra başçısı özünü hər kəsə qanunçuluğun müdafiəçisi, rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparan, haqqın-ədalətin yanında olan rəhbər şəxs kimi təqdim etməyi bacarmışdı. Sonradan Rəcəb Babaşov da öz maraqlarını xalqın mənafeyindən üstün tutan başçıların sırasına qoşuldu. Onun adı bir-birinin ardınca korrupsiya əməllərində hallanmağa başladı.


    Rəcəb Babaşov

    2018-ci ilin bu günlərində Qazaxdan gələn xəbərlərdən birində deyilirdi ki, başçı rayonda gəzərkən yağışdan qorunması üçün ayrıca mühafizəçisi var, o, çətir tutur. Yəni Rəcəb Babaşov təvazökar məmur obrazını tez bir zamanda kral obrazına dəyişdi. Rəcəb Babaşov növbəti dəfə 2019-cu ilin noyabrında yenidən gündəmə gəldi. Bu dəfə başçı dəyəri 250 min manat olan avtomobil almışdı. “Rang Rover” markalı, Az 99 FF 099 dövlət nömrə nişanlı avtomobillə işə gedib gələn başçının vəzifə maaşı 1500-1925 manat arasında dəyişir.

    Qazaxdan gələn ən son məlumatda isə deyilir ki, rayonun Heydər Əliyev prospekti 106A ünvanında yaşayan 1-ci Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Ziyəddin oğlu Kazımovdan rüşvət tələb olunur. M.Kazımov müxtəlif instansiyalara müraciətində yazır ki, qardaşım 2-ci qrup əlil və qazidir:

    “Övladımın səhhətində ciddi problemlər olduğundan o, 44 günlük Vətən müharibəsində iştirak edə bilmədi. Buna baxmayaraq, qardaşım oğlu Sərxan Kazımov könüllü ordu sıralarına qoşuldu. Suqovuşanın və digər ərazilərimizin erməni işğalçılarından azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında iştirak etdi.
    Nəsillikcə Qazax rayonunda yaşayırıq. Bibimin övladı olmadığından o, qəzalı vəziyyətdə və yaşı təqribən bir əsr olan evini mənə verdi. Həmin evi söküb yerində təzə ev tikmək qərarına gəldim və bu məqsədlə rayonun baş memarına, icra başçısına müraciət edib, layihəmi də təqdim etdim. Məqsədim 2-ci qrup əlil və qazi olan qardaşım Oqtayın ailəsi ilə birlikdə burada yaşamaq idi. Etdiyim müraciətdən sonra RİH Aparatından gəlib həmin evə baxış keçirdilər və bu gün-sabah deyib işi uzatdılar. Təqdim etdiyim layihədə ev tikintisi göstərilsə də, onlar ”Sən burada obyekt tikəcəksən” deməklə, açıq-aşkar şəkildə məni “fırlatdılar”.
    Yəni aramızda əmələ gələn söz-söhbətlərdən sonra məni çox incitdilər və hətta iki dəfə polisə də verdilər. Qeyd edim ki, tikinti işlərinə başlamazdan öncə kənar şəxslərdən beton tökmək üçün icarəyə “opalovka” götürmüşdüm. Elə ki, RİH-in əməkdaşları tikinti işlərinə başlamağıma maneə oldular və bu minvalla vaxtı uzatmağa çalışdılar, o halda onlara bildirdim ki, icarəyə götürdüyüm “opalovka” pulunun üstünə gündəlik faiz pulu yığılır. RİH-in rəsmləri bu yöndə danışıqlarıma əhəmiyyət vermədilər və hətta “opalovka”nı sökməyimə də icazə vermədilər. Belə olan halda bir kimsəyə məhəl qoymadan “opalovka”nı özbaşına sökməyə başladım, o halda polislər həmin yerə gəldilər və “Səndən RİH-ə şikayət olunub” deyərək, mənə 300 manat məbləğində cərimə də yazdılar.
    Bildirirəm ki, əsas işimə maneə olan şəxs Qazax RİH-in başçısının birinci müavini Məmməd Alıyev oldu. Bir neçə gün bundan öncə o, məni rayonun “Kərpic zavod” adı ilə tanınan ərazisinə çağırtdırdı. Həmin yerə çatarkən şahidi oldum ki, ayrı-ayrı şəxslər orada iş görürlər, Məmməd Alıyev və onun yanında olan şəxslər isə iş prosesinin gedişinə nəzarət edirdilər.

    Bir sözlə, Məmməd Alıyevin olduğu yerə çatanda ona “işim necə olacaq və nə qədər xərcim çıxacaq” deyə sual etdim. O halda o, hər 2 əlindəki barmaqlari irəliyə uzadaraq mənə göstərdi. Yəni Məmməd Alıyev eşidilə biləcək səs tonu ilə deməsə də, mənə barmaqlarının işarəsi ilə xərcimin 10 min manat olacağını bildirdi. Öz-özümə sual etdim ki, bəlkə o, hansısa səbəbdən çaşıb və “0″ rəqəminin birini artıq deyir. Bir sözlə, Məmməd Alıyev başda olmaqla, bu gün RİH-in bəzi şəxsləri məni çıxılmaz vəziyyətə salıblar. Tikinti işlərində istifadə etmək üçün aldığım sementlər daşlaşıb, onlar mənimlə bir növ düşmənçilik aparırlar. İlk əvvəl mənə layihədə dəyişikliklər etməyi bildirdilər. Qeyd etdirdikləri dəyişiklikləri qaydaya saldırıb, bir daha layihə planını onlara təqdim etdim. Daha sonra bildirdilər ki, ”sən qonşundan da razılıq ərizəsi almalısan”. Bəli, həmin ərizəni də alıb RİH-ə təqdim etdim. Bundan sonra da layihə planını təsdiq edib mənə vermədilər. Belə olan halda iki-üç dəfə icra başçısının qəbuluna düşmək istədim, heç bir halda qəbula düşməyə imkan vermədilər. Bu gün mən Məmməd Alıyevə sərbəst sözümü deyə bilmirəm. 4 aydan çox vaxt keçsə də, sənədlərimi təsdiq edib vermirlər ki, tikinti işlərimə başlayım. Faktdır ki, məni süründürməklə məşğul olurlar”.

    Tərtərdə və Qazaxda baş verənlər ölkə rəhbərliyinin əhalinin sosial durumunun yaxşılaşdırılması yönündə apardığı siyasətə daban-dabana ziddir.  Prezident İlham Əliyev çıxışlarında deyib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan “biabırçı mənzərə” bütün xalqı hiddətləndirir.

    “Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır.

    Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın” – deyə prezident bildirib…
    “Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin ən vacib tapşırıqlarından biri də icra başçılarının xalqa ləyaqətlə xidmət etməsi ilə bağlıdır:
    “İlham Əliyev icra başçılarına tapşırıb ki, öz ərazilərində sakinlərlə görüşüb, əhalinin problemlərini öyrənib həll etsinlər, ən azı buna çalışsınlar. Lakin rayonlardan gələn xəbərlər onu deməyə əsas verir ki, xalqına ləyaqətlə xidmət etməyən şəxslər, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiya yolunu seçənlər hələ də vəzifələrdə var.
    Belə şəxsləri əlbəttə ki,  ciddi cəzalar gözləyir. Bu günə qədər artıq bir neçə icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs olunub. Bir çox başçılar həbsə gedən həmkarlarının aqibətindən nəticə çıxarmayıb. Hələ də xalqına ləyaqətlə xidmət etməyən, Prezidentin göstərişlərini yerinə yetirməyən icra başçıları var və onların da cəzalandırılacaqları gün uzaqda deyil”.

    Oxunub: 349
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.