BMT-nin Komitəsinə ilk dəfə olaraq azərbaycanlı vitse-sədr seçilib
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) ilk dəfə olaraq azərbaycanlı vitse-sədr seçilib.
Report xəbər verir ki, vitse-sədr vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov icra edəcək.
Qeyd edək ki, E.Səfərov 1982-ci ildə anadan olub. O, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiridir. E.Səfərov 15 ildir Dövlət Komitəsində çalışır.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: