İlqar Məmmədov MSK-dan yer istəyir -
"36 dairənin hərəsindən 1 yer bizə verilməlidir"
ReAL Partiyasının sədri İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) təmsilçilik istəyir.
O, Dairə Seçki Komissiyalarında (DSK) azı 36 nəfərlə qanuni təmsilçiliyi təmin etməyə çalışacaqlarını qeyd edib:
"Seçki Məcəlləsinə əsasən, hər DSK-da 9 yerdən 3 yer parlamentdə azlıq təşkil edən partiyalara aiddir. Ölkədə 125 dairə var. Parlamentdə YAP çoxluqda, 10 partiya isə azlıqdadır.
125 dairəni 10 partiyaya böləndə, azı 12 dairədə həmin o 3 yer ReAL-a verilməlidir. Ya da 36 dairənin hərəsində 1 yer. Bu təmsilçiliyi qanuna istinadən təmin etməyimiz mümkün olsa, qarşıdakı seçkilərdə nəzarət imkanklarımız bir qədər güclənər".
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: